http://www.bbcazeri.com

13 İyul, 2009 - Published 10:25 GMT

Azərbaycan prezidenti İ. Əliyev Britaniyaya səfər edir

Bu gün cənab Əlieyev Britaniyanın baş naziri Qordon Braunla görüşür.

İlham Əiyevin London proqramında Azərbaycanla Britaniya arasında münasibətlər, enerji layihələri və bölgədə siyasi durum kimi məsələlər müzakirə ediləcək.

Bu gün Azərbaycan lideri eləcə də Çatham Hauz adlanan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda çıxış edəcək.

Bəzi məlumatlara görə, Azərbaycan prezidentinin həmçinin kraliça İkinci Elizabetlə audiyensiyası nəzərdə tutulub.