http://www.bbcazeri.com

ABŞ prezidenti Britaniya hərbiyyəsinə ürək-dirək verib

Prezident Obama deyib ki, Əl-Qaidanın Qərbə qarşı hücumlarının qarşısının alınması üçün Britaniyanın Əfqanistandakı müharibədə iştrakı mühüm əhəmiyyət kəsb edir.

Onun şərhi Britaniya ictimai fikrini Əfqanistan müharibəsində, Britaniyanın iştrakının vacibliyinə inandırmaq cəhdi kimi yozulur.

Son günlər ərzində Əfqanistanda ölən Britaniya əsgərlərinin sayının artmasıyla bağlı, Britaniya cəmiyyətində narahatlıq hissi artmaqdadır.

Beləki hətinin sonunda 1 sutka ərzində Əfqanistanda 8 Britaniya əsgəri öldürülmüşdü.

Və beləliklə Əfqanistanda ümumilikdə ölən Britaniya əsgərlərinin sayı 184 nəfərə çatmışdı ki, bu da İraqda ölən Britaniya əsgərlərinin sayını üstələmişdi.

Barak Obamanın təbirincə, Lonona qarşı terrorçuların höcum törətməsi ehtimalı hətta ABŞ-ra qarşı belə hücumun ehtimalından daha yuxarı ola bilməsi güman edilir.

Prezident Obama vurğulayıb ki, terrorçular üçün, Londonda metronu, Nyu-Yorkda isə binaları partladanlar üçün Əfqanistanın və Pakistanın sığınacaq yerinə çevrilməsinə yol verilməməlidir.

Prezident Obama vurğulayıb ki, Əfqanistan missiyası nə qədər çətin olsa da, o qədər də mühüm əhəmiyyətə malikdir.

Şənbə günü Əfqanistanda daha 4 NATO əsgəri yolda quraşdırılmış bomba partlayıçı nəticəsində öldürülüblər.

Britaniya Müdafiə Nazirliyi ölənlərin Britaniya əsgərləri olmadığının güman edildiyini bəyan edib.