12 İyul, 2009 - Published 12:32 GMT
Xəbərlərə görə Rusiyanın Şimali Qafqaz regionunda 10-dan artıq qiyamçı müxtəlif toquşmalar nəticəsində öldürülüb.
Rusiyanın təhlükəsizlik xidmətləri 5 qiyamçının Dağıstanda Bazar gününün səhəri öldürüldüyünü xəbər verib.
Daha 3 nəfərin Çeçenistan paytaxtı Qroznıda öldürüldüyü deyilir.
Digər 4 nəfərin isə Şənbə günü Çeçenistanın qərbində baş vermiş atışmada öldürüldüyü xəbər verilir.
Xəbərlərdə eləcə də Dağıstanda polis əməkdaşının da öldürüldüyü bildirilib.