http://www.bbcazeri.com

02 İyul, 2009 - Published 16:51 GMT

ABŞ hərbiyyəsi Talibana qarşı əməliyyat keçirir

ABŞ hərbiyyəsi Əfqan qüvvələriylə birlikdə Əfqanistanda, ölkənin cənub vilayəti olan Hilmənddə, irimiqyaslı hücum əməliyyatı keçirir.

ABŞ hərbiyyəsi bildirib ki, 4 minlik dənizçi qüvvələri və 650 Əfqan hərbiçisi bu əməliyyatda iştrak ediblər.

ABŞ dəniz piyadaları qüvvələrinin sözçüçü (kapitan William Pelletier) BBC-yə deyib ki, məqsəd Talibanın nəzarətində olan ərazini geri qaytarmaq və
əldə saxlamaqdır.

ABŞ dəniz piyadaları hissələri Əfqanistanda son aylar ərzində yerləşdirilmişdi.

Bu dəfəki əməliyyat qüvvələriin yerləşdirilməsindən sonra keçirilən ilk belə əməliyyatlardandır.

Prezident Obama Talibana qarşı hərbi əməliyyatların gücləndirilməsini Əfqanistandakı hərbi strategiyanın məqsədlərindən biri kimi qeyd etmişdi.

Bu dəfəki əməliyyat məhz həmin səylər çərçivəsində keçirirlir.

Dəniz Piyadaları qüvvələrinin Briqadiri general Larry Nikolson bu əməliyyatı indiyə qədər Talibana qarşı keçirilmiç ən irimiqyaslı əməliyyat adlandırırb.

Bu Amerikanın Əfqanıstanda üsyançıları məğlub etmək istiqamətində yeni strategiyasında ilk əsas sınaqdır. Vaşinqton ümid edir ki, bu Qərbin uduzmaqda olduğu düşünülən müharibədə vəziyyəti dəyişəcək. Əfqanıstana 21 min əlavə Amerika əsgəri göndərildikdən sonra, indi onlardan dörd mini Helmand əyalətinə, Talibanın ən güclü mövqelərə malik olduğu rayona yönəldilib. İraqdan ibrət dərsi götürmüş Amerika hərbiyyəsi vurğulayır ki, Helmanddakı əməliyyatın əsas məqsədi mümkün qədər çox talibi öldürməkdənsə, mümkün qədər çox dinc əfqanı müdafiə etmək və ərazinin inkişafına nail olmaqdır.

Talibanın qeyri-populyar olmasını göstərən rəy sorğuları da, amerikalıların karına gələ bilər. Lakin ehtiyatlı olmağın vacibliyini də göstərən çoxlu amillər var. Britaniya əsgərlərini də saysaq, Helmandda 13 min beynəlxalq hərbçi var. Əyalətin əhalisinin sayı isə bir milyondan çoxdur.

Amerikalı zabitlər narazıdırlar ki, onlara kifayət sayda əfqan əsgəri və mülki mütəxəssisi verilməyib. Lakin həmişə olduğu kimi əsas problem siyasidir. Ölkəyə daxil olandan 8 il sonra ABŞ və müttəfiqləri hələ də sabit Əfqanıstanın necə olması barədə anlayışa malik deyillər. Mərkəzi hökumət güclü olmalıdır ya zəif? Özəl ordulara malik şəxslərin rolu nədən ibarət olmalıdır? Taliban elementləri idarəçilikdə hansısa rola malik olmalıdırlarmı? Bu suallara hələki cavab tapılmayıb.