|
Londonda gənclərin həbsinə etiraz nümayişi keçirilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Londonda, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin binası qarşısında gənc fəallar Emin Milli
və Adnan Hacızadənin həbsinə etiraz nümayişi keçirilib.
Tədbirin təşkilatçıları bildiriblər ki, etiraz nümayişində məqsəd Emin və Adnanın həbsi ilə razılaşmadıqlarını və bu iki gəncə və Azərbaycanda yaşayan insanlara dəstək nümayiş etdirməkdir. Nümyaişdə təxminən 20 nəfər azərbaycanlı və xarici ölkələrin vətəndaşları olan tələbələr iştirak ediblər. Nümayişi əməkdaşımız Könül Xəlilova izləyib. Onun hazırladığı reportajı aşağıda dinləyin:
Gənclər hərəkatının üzvləri Adnan Hacızadə və Emin Milli Bakının mərkəzindəki kafedə iyulun 8-də "xuliqanlıq" ittihamları ilə həbs olunublar.
Ancaq onların vəkilləri əslində, gənclərin kafedə iki nəfər tərəfindən döyüldüklərini və bundan sonra həbsə alındıqlarını deyiblər. Emin Mİlli və Adnan Hacızadə gənclər arasında Facebook, Twitter kimi internet şəbəkələrində fəaliyyətləri və hökumətin siyasətinin tənqidi ilə tanınırlar. Onların həbsinə bir çox insan haqları qrupları etiraz edərək bəyanat veriblər. İnsan haqları müdafiəçiləri bildiriblər ki, bu ittihamlar hakimiyyətə qarşı müxalif mövqeyi ilə fərqlənən bu gəncləri cəzalandırmaq üçün quraşdırılmış bir uydurmadır.
Avropa Birliyinin rəsmiləri, Amerika Dövlət Departamenti, Article 19, Sərhədsiz Reportyorlar, ATƏT və digər təşkilatlar gənclərin həbsindən narahatlıq bildiriblər və onların azad olunmasını tələb ediblər. Gənclər hərəkatı fəalları Adnan Hacızadə ilə Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev iyulun 30-da Səbail Rayon Məhkəməsinə Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu, habelə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsi veriblər. İsaxan Aşurovun “Turan”a verdiyi məlumata görə, iddia bu qurumların 2009-cu ilin 11 iyul və 14 iyul bəyanatları ilə əlaqədardır: “Bu bəyanatlarda müştərilərimizin təqsirsizlik prezumpsiyası pozulub. Bəyanatlarda Adnan Hacızadə və Emin Millinin təqsirli olduğu bildirilir, halbuki onları yalnız məhkəmə təqsirli çıxara bilər. Məhkəmə isə hələ olmayıb. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsinin pozulmasıdır”. BMT İnsan Haqları Palatası da Azərbaycanı tənqid edib BMT İnsan Haqları Palatası Azərbaycanı qəzetlərin bağlanmasına gətirib çıxaran söz azadlığı məhdudiyyətləri qoyduğuna və gənc bloggerlərin həbsinə görə kəskin tənqid edib.
BM-Tnin İnsan Haqları Komitəsinin bəyanatında bildirlir ki, komitə Azərbaycanda söz və mətbuat azadlığı üzərinə qoyulan geniş məhdudiyyətlərdən ciddi narahatlıq keçirir. Palatanın bəyanatında deyilir ki, Azərbaycanda jurnalistlər müntəzəm olaraq təqib olunur və qondarma böhtan və xuliqanlıq ittihamları ilə həbsə atılır. Bəyanatda gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı xüsusi narahatlıq ifadə olunub. Cenevrədə mənzillənmiş
BMT komitəsi bugün dərc etdiyi xüsusi hesabatında Azərbaycan hökumətini gərəksiz məhdudiyyətləri dərhal qaldırmağa, jurnalistləri
və bloggerləri hücumlardan qorumağa çağırır. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||