 |
|
| İndoneziya prezidenti Susilo Bambanq Yudyono |
Cümə günü Cakartadakı iki hoteldə törədilmiş bomba partlayışlarının istintaqını aparan İndoneziya polisi xəbər verib ki, bu
hadisələrin Cəmah İslamiyə (Jemaah Islamiya) adlı islamçı silahlı qrupu ilə əlaqəsi var.
Anti-terror əməliyyatları üzrə yüksək rütbəli bir polis rəsmisi BBC-yə deyib ki, bu bomba hücumlarının malayziyalı ekstremist
Nurdin Top (Noordin Top) tərəfindən idarə edildiyinə dair əsaslı nişanələr var. Nurdin top Cemah İslamiyə təşkilatından ayrılmış
bir qrupa rəhbərlik edir.
Bu partlayışlar zamanı iki intiharçı daxil ən azı 8 nəfər həlak olub. Ölənlərin arasında ən azı dörd xarici vətəndaşın olduğu
deyilir.
İndoneziya prezidenti Susilo Bambanq Yudoyono (Susilo Bambang Yudhoyono) hadisə yerinə baş çəkib.
|