|
Türkmənistan və Azərbaycan Xəzər dənizində sərhədin müəyyənləşdirilməsinə dair danışıqlara başlayıblar. Bu haqda Türkmənistanın
Xarici İşlər Nazirliyi xəbər verib.
Şərhçilərin fikrincə, bu məsələnin həlli Nabukko qaz kəməri layihəsinin perspektivlərini daha da yaxşılaşdıra bilər.
Xəzər dənizinin dibilə çəkilə bilən boru xətti mümkünlüyü Nabukkonun qaz təchizatı məsələsinin böyük bir hissəsini həll edə
bilərdi.
Cəmi bir neçə gün öncə Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov demişdi ki, ölkəsi Nabukkonu qazla təchiz etməyə
hazırdır.
Lakin Rusiya ekoloji təhlükəni səbəb gətirərək, Xəzərin dibilə qaz boru xəttinin çəkilməsinə etiraz edir. Baxmayaraq ki, Moskva
özü Qara dənizin dibilə ixrac kəmərlərinin çəkilməsini nəzərdən keçirir.
|