|
ATƏT D. Qarabağ danışıqlarından tərəqqi gözləyir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ATƏT-in Azərbaycana səfərdə olan baş katibi Mark Perren de Brişambo Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə
tərəqqinin əldə ediləcəyinə ümid ifadə edib.
O qeyd edib ki, prezidentlərin hər görüşündən sonra nizamlanma istiqamətində tərəqqi qeyd olunur. "Güman ki, Moskvada da biz danışıqlarda irəliləyiş müşahidə edəcəyik." Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün səyləri edirlər. Bu gün Kreml rəsmən bildiriblər ki, sabah iyulun 17-də Moskvada Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirəcəklər. Şənbə günü iyulun 18-də isə Azərbaycan-Rusiya-Ermənistan formatında zirvəgörüşü keçiriləcək. İndiyə kimi müəyyən fikirlər var idi ki, təyyarə qəzasına görə, Ermənistan lideri Moskvaya gəlməyəcək. Ancaq Kreml görüşlə bağlı rəsmi açıqlama yaymaqla, səfərin baş tutacağını təsdiq edib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||