|
İranın nüvə qurumunun rəhbəri Qulam Rza Ağazadə istefa verib. Bu haqda İsna xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən,
nüvə agentliyinin müdiri hələ üç həftə əvvəl prezident Mahmud Əhmədinejada istefa ərizəsini təqdim edib.
İstefanın səbəblərini öyrənmək hələki mümkün olmayıb.
İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini deyir və Qərbin nüvə silahı barədə iddialarını rədd edir.
Cənab Ağazadənin eləcə də, ölkə vitse-prezidenti kimi istefa verdiyi bildirilir.
Müxbirlərə əsasən, veteran siyasi xadim olan Ağazadə əvvəllər neft naziri vəzifəsində çalışıb, sabiq prezident Məhəmməd Xatəminin
dövründə isə nüvə agentliyinin rəhbəri təyin olunub.
|