|
Hindistan və Pakistan terrorla mübarizə vəd edirlər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hindistan və Pakistanın baş nazirləri, Manmohan Sinx və Yusif Rəza Gilani Misirin Şarm el-Şeyx istirahət zonasında keçirilən
Bloklara Qoşulmamış ölkələrin zirvəgörüşü çərçivəsindən kənar danışıqlar aparıblar.
İki rəsmi terrorla mübarizədə əməkdaşlıq etməyi söz veriblər və sülh danışıqlarını davam etdirəcəklərini bildiriblər. Bu, iki qonşu dövlət arasında son aylarda nadir, yüksək səviyyəli görüşdür. Beləki, ötən il Hindistanın Mumbay şəhərinə hücumlardan sonra iki ölkə arasında danışıqlar dondurulmuşdu. Hindistan həmin basqınlara görə Pakistanda mənzillənmiş Ləşkəre Taiba silahlı hərəkatını günahlandırmışdı. Noyabrda baş vermiş həmin hadisələrdə 166 adam həlak olmuşdu. İki liderin nəyi müzakirə etdikləri barədə açıqlama verilməsə də, ümid var ki, bu danışıqlar iki dövlət arasında sülh prosesinin bərpasına yol aça bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||