|
Rusiyada Qarabağ nizamlanması müzakirə olunacaq
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Moskvada Azərbaycanla prezidentlərinin danışıqları ərəfəsində tərəflərin mövqelərində yaxınlaşmanı qeyd edən Kreml nikbin
olduğunu bildirir.
Gündəliyə əsasən bu gün Azərbaycanla Ermənistan prezidentləri bilvasitə görüşdə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Rusiya prezidentinin köməkçisi Serqey Prixodko bu görüş əsasında iyulun 18-də Rusiya prezidenti də daxil olmaqla üçtərəfli danışıqların keçiriləcəyini bildirib. Rusiya rəsmisi görüşün nəticəsində hər-hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib. Nikbinlik Görüş ərəfəsində Rəsmi Moskva tərəflərin mövqelərində yaxınlaşmanı qeyd edib. Prezident Dmitriy Medvedev bu günlərdə Qarabağ danışıqları ilə bağlı nikbin olduğunu bəyan edib:
"Bu münaqişə həllində irəliləyiş olan münaqişələrdəndir. Ermənistan və Azərbaycan prezidentləri bir birini heç də pis eşidib, başa düşmürlər. Çözüm tələb edən nüansların sayı azalmaqdadır və məncə, bunlar həll oluna bilən məqamlardı. Zənnimcə bu baxımdan, burada nəticə əldə etmək olar. Biz buna hərtərəfli kömək edəcəyik", - deyib Dmitri Medvedev. Strateji xətt Lakin Rusiya prezidentinin nikbinliyini paylaşmayanlar danışıqların strateji xəttinin olmadığını qeyd edirlər. "Məncə, Rusiya digər həmsədrlər kimi sadəcə olaraq bu münaqişənin neçə həll ediləcəyini bilmir, - deyir Moskvadakı Siyasi Texnologiyalar mərkəzinin direktor müavini Serqey Mixeyev. - Rusiyanın vasitəçiliyinin əsas məqsədi münaqişənin gərginləşməsinə imkan verməməkdir ".
Bəzi mülahizələrə görə, hazırda Moskva ona əlverişli olan status-kvo yanaşmasını nəzərdən keçirə bilər. Nikbin proqnozlarla Bakılı ekspert Azər Rəşidoğlu razılaşmır. O, deyir ki, Moskvanın vasitəçiliyi ikitirəlidir: Tənqid “Qarabağı probleminin həlli Rusiya Cənubi Qafqazdan çəkilməsi deməkdir. Nə qədər ki, münaqişə dondurulmuş qalıb, Ermənistanla Azərbaycana təzyiq vasitələri qalır ”. Yerevan müxbirimiz Aleksey Manvelyan xəbərindəı deyilir ki, Yerevanda danışıqlardan ciddi irəliləyiş gözləmirlər. Hökuməti tənqid edənlər danışıqların Yerevan üçün əlverişli istiqamət almadığını deyirlər. Hakim koalisiyadan başqa bütün siyasi qüvvələr son günlər açıqlanan nizamlanma prinsiplərini qeyri-məqbul kimi dəyərləndirirlər. İyulun 10-da “Böyük Səkkizliyin” sammitində Rusiya, Fransa və Amerika prezidentləri Dağlıq Qarabağa dair birgə bəyannamə qəbul ediblər. Dmitri Medvedev, Barak Obama və Nikolə Sarkozi Bakı və Yerevana tənzimləmənin əsas prinsiplərini cəmləşdirən təqdim ediləcək yeni təkliflər paketinin gerçəkləşməsində ölkələrinin dəstəyini bildiriblər. Bu gün keçiriləcək görüş sayca prezidentlərin bilavasitə danışıqlarının 6 raundu olacaq. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||