|
"Natalya Estemirovanın qətli təməl haqlara hücumdur"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avropa Şurası İnsan haqları üzrə komissarı Tomas Hammerberq Estemirovanın qətlini "amansız cinayət" adlandırıb.
O, deyib ki, hadisə təməl insan haqları prinsipinə qarşı hücumdur. Tomas Hammerberq deyib ki, hücuma qətiyyətli reaksiya vermək tələb olunur. Hücumu Çeçenistan lideri də pisləyib. Ramzan Qədirov deyib ki, Estemirovanın "vəhşicəsinə" qətlə yetirilməsi ilə bağlı aparılan istintaqa şəxsən nəzarət edəcək. Natalya Estemirova Qroznodakı öz evindən çərşənbə günü oğurlanaraq qətlə yetirilib. Xanım Estemirova bu yaxınlarda Çeçenistan milisi tərəfindən üsyançıların evlərinə od vurma hallarını araşdırırdı. Rusiya ombudsmeni Vladmir Lukin, deyib ki, Estemirovanın qətli institusional səviyyədə sistem qüsurlarının təzahürüdür. "Vətəndaşların təhlükəsizliyi səmərəli şəkildə təmin edilməyib. Estemirova ilə işləməli olan ombudsmen, ədliyyə sistemi və sərhədləri daxilində təhlükəsizliyə cavabdeh olan federal hakimiyyət buna görə məsuliyyət daşıyır ", - deyib Vladimir Lukin. Rusiyanın Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov deyib ki, Natalya Estemirovanın qətli həqiqəti deməyə çəkinməyən adamlara bir növ xəbərdarlıq olub: "Natalya hazırda yəqin ki, ən fəal hüquq müdafiəşilərindən biri idi və Anna Politkovskayanın ölümündən sonra onun şücaəti, onun gördüyü iş, onun cəsarəti hazırda Çeçenistanda baş verən hadisələrə bir çox hallarda işıq salırdı. Və mən qorxuram ki, onun məhz bu fəaliyyəti onun qatillərini, qətlin sifarişçilərini, Anna Politkovskayanın qətlindən sonra Çeçenistanda baş verənlər barədə danışan digər adamları da susdurmaq istəyənləri bu addıma vadar etdi. Nataşa ona görə son dərəcə cəsur insan idi ki, digərləri Çeçenistana qısa müddətə gələrək, oranı tərk edirlər, o isə bu respublikada daimi yaşayırdı". |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||