|
Hüquq müdafiəçisi Natalya Estemirovanın cəsədi aşkar edilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
AFP agentliyi xəbər verir ki, Rusiyanın tanınmış hüquq müdafiəçisi, fəaliyyətinə görə mükafatlar almış Natalya Estemirova
bu gün İnquşetiyada cəsədi aşkar edilib.
Bundan əvvəl onun oğurlandığı bəlli olub. Məlumata görə, Natalya Estemirova qonşu Çeçenistanda oğurlanmışdı. Məlumatda deyilir ki, onun bədənində zorakı hərəkətlərin izləri aşkar edilib. Hüquqmüdafiəçisinin cəsədi axşam saat 5:20-də İnquşetiyanən əsas şəhəri Nazran yaxınlığında tapılıb. Bu xəbəri İTAR-TASS agentliyi yerli Daxili İşlər nazirliyinə istinadən yayıb. İnterfax agentliyi xəbər verib ki, təhlükəsizlik struktrularındakı mənbələr hesab edir ki, hüquqmüdafiəçisi qətlə yetirilmişdi. Natalya Estemirova-nün üzv olduğu Memorial təşkilatı bildirb ki, hüquqmüdafiəçi Çeçenistanın Qroznı şəhərində oğurlanmışdı. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||