BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 15 İyul, 2009 - Published 11:32 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İranda Tupolev sərnişin təyyarəsi qəzaya uğrayıb
 
Tupolev təyyarəsi bundan əvvəlki qəzada
Tupolev təyyarəsi bundan əvvəlki qəzada
Təyyarə qəzasında çoxlu həlak olanlar var.

İranın şimal- qərbində təyyarə qəzaya uğrayıb.

Dövlət mediasının verdiyi xəbərə görə, İranın “Xəzər Hava Yolları” şirkətinə məxsus təyyarə göyərtəsində 168 nəfər sərnişin və ekipaj olub,

Ölənlərin çoxunun Ermənistan və Gürcüstandan olduğu deyilsə də, məlumdur ki təyyarədə, eləcə də, İranın Cudo üzrə gənclərdən ibarət yığması da olub.

Təyyarənin qəza nəticəsində parçalandığı xəbər verilir.

Təyyarədə olanların həlak olduğu güman edilir.

İran dövlət televiziyasının xəbərinə görə, Tupolev təyyarəsi Qəzvin vilayətinin Cənnətəbad məntəqəsi yaxınlığında yerə düşüb.

Həmin məntəqə Tehrandan 120 km şimal-qərbdə yerləşir.

İran mediasına görə, "Caspian Airlines" - "Xəzər Hava yollarına" məxsus təyyarə İran paytaxtı Tehrandan Ermənistan paytaxtı Yerevana yollanırdı.

Qəzanın səbəbləri bəlli deyil.

Təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra radarlardan yox olub.

İran mediasına əsasən İran Aviasiya Təşkilatının sözçüsü Reza Jafarzadeh bildirib ki, "7908 nömrəli Xəzər Hava yollarının reysiylə uçan təyyarə İmam Xomeyni Hava limanından havaya qalxdıqdan 16 dəqiqə sonra qəzaya uğrayıb",

Şahidlərdən biri təyyarənin necə göydən düşdüyünü təsvir edib.

Digər bir şahidin sözlərinə görə, güman olunan mühərrik nasazlığı yaxudda yanğın səbəbindən təyyarə təcili yerə enmək üçün qısa bir müddət dövrə vurubmuş.

İran TV kanallarında təyyarənin yerə düşdüyü ərazidə əmələ gəlmiş böyük krateri göstərilib.

Geniş əraziyə səpələnmiş təyyarənin közərən qalıqları nümayiş etdirilib.

Bu cür qəzadan sonra kimin isə sağ qala bilməsi az ehtimallıdir.

BBC müxbiri Jon Leyne-in sözlərinə görə, ölkə hava daşımalarına bel bağlasa da, hava sərnişin daşımalarının təhlükəsizlik tarixçəsi
ürək açan deyil.

3 il bundan əvvəldə İranda təyyarə qəzası baş vermişdi.

Mülki və hərbi təyyarələr parkı İranda, deyildiyinə görə, qane edici vəziyyətdə deyil.

Təyyarələrin vaxtı ötüb və profilaktik təmirə ehtiyacı olduğu deyilir.

İranda 1979-cu ilin İslam inqlabından sonra, Qərb ölkələrinin yürütdüyü embarqo nəticəsində Tehran özünün mövcud Boing və digər Qərb təyyarə modelləri parkına əlavə olaraq yeni təyyarələri Rusiyadan almağa məcbur oldu.

Amma bu təyyarələr də çox vaxt köhnəlmiş olurlar.

Xeyli köhnəlmiş qərb istesalı olan təyyarələr üçün isə təzə ehtiyyat hissələrinin alınması ciddi bir problemdir.

Hətta bəzən İran pilotları bu cür ehtiyyat hissələrini kabinlərində gizli olaraq İrana gətirməyə məcbur olurlar

T

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik