BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 14 İyul, 2009 - Published 01:01 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycan lideri Nabukko layihəsini dəstəkləyib
 
İlham Əliyev
Böyük Britaniyaya səfər edən prezident İlham Əliyev deyib ki, Azərbaycan Nabukko ilə qərb istiqamətində nəql edilməsi üçün kifayət qədər təbii qaz ehtiyatlarına malikdir:

“Azərbaycan həmişə Nabukko layihəsini dəstəkləyib. Ümumiyyətlə Nabukko bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə Azərbaycan BP və digər şirkətlərlə Şahdəniz qaz yatağının istismarına dair saziş imzalamasaydı və partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün Nabukko layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan Nabukkonun təşəbbüskarı olmaqla yanaşı eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir”.

İlham Əliyev deyib ki, Nabukko layihəsi ortaya çıxan dövrdə Azərbaycan potensial bu layihə çərçivəsində qaz təchizatçısı kimi qəbul edilmirdi, başqa dövlətlər potensial qaz təchizatçısı kimi çıxış edirdi. Onun sözlərinə görə sonradan Azərbaycan qazın ixracatçısı oldu:

“Bu il, misal üçün Azərbaycan Türkiyəyə 7 milyard kub metr qaz, Gürcüstana - 1 milyarda yaxın, Türkiyə bu qazın bir qismini Yunanıstana re -eksport edib, Azərbaycan qazını İrana da nəql edir. Qazpromla da bu yaxınlarda imzalanmış qaz sazişi Azərbaycanın diversifikasiya siyasətinə tam uyğundur. Nə qədər çox bazar olsa, o qədər də çox mənfəətli şərtlər olacaq. Mən çox şadam ki, Nabukko layihəsi çərçivəsində tranzit ölkələr arasında saziş əldə edildi. Ümidvaram ki, Azərbaycanla Türkiyə arasında da tranzit sazişi tezliklə imzalanacaq”.

Azərbaycan lideri deyib ki, Türkiyədə Nabukkoya dair imzalanmış saziş ədalətli şərtlərə və beynəlxalq səviyyədə tanınan prinsiplərə söykənməlidir:

“Bu ilin may ayında Azərbaycan Nabukkonu dəstəkləyən siyasi qətnaməyə imza atdı. Və biz həmişə deyirik ki, əgər Nabukko inşa edilsə və kommersiya baxımından şərtlər bizi qane etsə Azərbaycan məmnuniyyətlə öz qazını bu kəmərlə də nəql edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qaz ehtiyatları indi minimum 2 trilyon kub metrdir, maksimum isə bu 5 trilyon kub metr ola bilər - və yeni kəşfiyyat yataqları bu göstəriciləri yalnız artıra bilər - Azərbaycanın Nabukko istiqamətində nəql edilməsi üçün kifayət qədər qaz ehtiyatı var”.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik