BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 14 İyul, 2009 - Published 22:22 GMT
 
Dostunuza göndərin   Çap versiyası
BMT müşahidəçiləri missiyası Abxaziyanı tərk edir
 
BMT TŞ
Təhlükəsizlik Şurasında BMT missiyasının mandatının uzadılmasına etiraz edən Rusiya veto qərarını yeni reallıqla izah etdi.
Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyini tanıyan Moskva hesab edir ki, Abxaziya müstəqil dövlət olduğundan Missiya Gürcüstan ölkəsinin adını daşıya bilməz.

BMT-nin hərbi müşahidəçiləri ilə polis kontingentinin çıxarılması bu gün tamamlanacaq.

BMT Baş katibinin rəsmi nümayəndəsi Mişel Mantas deyib ki, Moskva missiyanın müddətini uzatmağa veto qoyduqdan sonra onun səlahiyyəti başa çatıb.

Moskva hesab edir ki, Abxaziya müstəqil dövlət olduğundan Missiya Gürcüstan ölkəsinin titulunu daşıya bilməz.

Rusiya Missiyanın səlahiyyətlərinin başa çatmasını deməklə həmin qərarın dəyişə biləcəyini də istisna etmir.

Rusiya prezidenti D. Medvedev iyulun 10-da deyib ki, əgər praqmatik yanaşma üstün olarsa, Rusiya BMT Missiyasının Qafqazda uzadılması üzərindən vetonu götürə bilər.

"Nə Cənubi Osetiya, nə də Abxaziya Missiyanın onların müstəqilliyi elan olunanadək adlandığı kimi formal olaraq qalmasını istəmirlər", - deyir Dmitri Medvedev.

Gürcüstan adların hər hansı şəkildə dəyişməsinin əleyhinədir. Tbilisi hesab edir ki, bununla “Rusiyanın qəsbkarlığı” möhkəmlənir.

BMT Missiyası 1993-cü ildə Abxaziyada qanlı müharibədən sonra yaradılıb.

Sonuncu dəfə missiyanın mandatı 2009-cu ilin fevralında dörd ay müddətinə uzadılıbdır.

Rusiya mayın 13-də ATƏT Missiyasının uzadılmasını da bloka alıb. Moskva bildirir ki, ATƏT ayrıca nümayəndəliyi Tbilisinin yox, ATƏT-in mənzil-qərargahı yerləşən Venanın rəhbərliyi altında açmalıdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik