|
Azərbaycan prezidentinin Britaniya səfəri başa çatıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan prezidenti Britaniyaya səfərini başa vurur.
Bu gün prezident İlham Əliyevin Britaniyaya səfəri başa çatır. Səfərin yekunlarını BBC Azərbaycan xidmətinə şərh edən Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, "Britaniya və Azərbaycan arasında olan münasibətlər mühüm münasibətlərdir". "BP ilə Azərbaycan dövlət neft şirkəti arasında imzalanmış sənəd onu göstərir ki, bu iki ölkə arasında 15 ildən artıq davam edən əməkdaşlıq etibarlı əməkdaşlıqdır". Novruz Məmmədov bu əməkdaşlığın dünya üçün nümunə olduğunu dedi. Səfərin 2-ci günü prezident İlham Əliyev və onun xanımı Mehirban Əliyevanı Bukingem sarayında Kraliça II Elizabet qəbul edib. Prezidentin Britaniya parlamentində xarici əlaqələr komitıəsinin rəhbərləri və üzvləri ilə geniş görüşü oldu. Beynəılxalq və regional problemlərlə bağlı tərəfləri maraqlandıran geniş söhbət oldu. Ondan sonra Azərbaycan prezidenti həm də Böyük Britaniya və Şimali İralndiyanın Kraliçası Elizaveta tərəfindən qəbul edildi. Kraliça tərəfindən Azərbaycan prezidentinin şərəfinə ziyafət verildi. Ziyafəti şahzadə Əndrü təşkil etmişdi. Ənənəvi olaraq Kraliça öz sarayında Birləşmiş Krallığa dövlət səfəri çərçivəsində gələn xarici ölkələrin rəhbərlərini qəbul edir. Deyilənə görə, Kraliçanın sarayındakı bu qəbulda rəsmi gündəlik yoxdur, sərbəstdir, müxtəlif sahələrə aid məsələlər müzakirə edilə bilər. Kraliçanın qəbulundan sonra Şahzadə Əndrü Azərbaycan prezidenti və onun xanımının şərəfinə ziyafət təşkil edib. Şahzadə Əndrü dünyada Britaniyanın biznes və ticarət maraqlarını rəsmən təmsil edir. O, Azərbaycan daxil bir neçə dəfə Mərkəzi Asiya və Qafqaz ölkələrinə səfərlər edib.
Daha sonra prezident İlham Əliyevin British Council - Britaniya Şurasının icraçı direktoru ilə görüşü olub. Və səfərin yekun tədbiri - İlham Əliyevin Britaniyanın Ətraf Mühit və Energetika naziri Ed Milibəndlə danışıqları oldu. Ümumiyyətlə, enerji və enerji mənbələri sahəsində Azərbaycanla Britaniyanın əməkdaşlığı iki ölkə arasında ən perspektivli sahələrdən biri kimi səciyyələndirilir. Prezident İlham Əlieyev Britaniyanın baş naziri Qordon Braunla isə ötən gün görüşüb. Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, prezident İ.Əliyevin baş nazir Qordon Braunla görüşündə də bu sahədə əmədaşlığının daha da genişləndirilməsi zəurəti vurğulanıb. Ötən gün Azərbaycan lideri eləcə də Çatham Hauz adlanan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda çıxış edib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||