|
Azərbaycan-Britaniya enerji əməkdaşlığı uğurla davam edir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan prezidenti İlham Əliyev Londona səfərinin ilk günüdə Britaniyanın baş naziri Qordon Braun ilə görüşüb.
Azərbaycan nümayəndə heyyətinə daxil olan, prezident aparatının xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov BBC Azərbaycan Xidmətinin əməkdaşı Azər Ziya ilə söhbətində qeyd edib ki, prezident İlham Əliyev ilə baş nazir Qordon Braun arasında görüş "işgüzar və dostluq" şəraitində keçib.
İlham Əiyevin London proqramında Azərbaycanla Britaniya arasında münasibətlər, enerji layihələri və bölgədə siyasi durum kimi məsələlər müzakirə ediləcək. Həmin gün Azərbaycan lideri eləcə də Çatham Hauz adlanan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda çıxış edib. Azərbaycan prezidentinin həmçinin Kraliça II Elizabet tərəfindən də qəbul olunacağı gözlənilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||