BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 İyul, 2009 - Published 09:30 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkiyədə Nabukko razılaşması imzalandı
 
Türkiyədə Avropa ölkələrini Rusiyadan yan keçən qaz təchizatları ilə təmin edəcək Nabukko qaz kəməri layihəsinin imzalanması münasibəti ilə mərasimlər keçirilir.

Uzunluğu 3 min kilometr olan boru kəməri Xəzər və Yaxın Şərq bölgələrindən qazı Türkiyə ərazisi ilə Avropa İttifaqı ölkələrinə nəql etdirəcək.

Razılaşmanı Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya imzalayırlar.

Hazırda Avropa ölkələrinin mavi yanacaqda ehtiyaclarının 30 faizini Rusiya təmin edir, lakin bu ölkənin öz qonşularına vaxtaşırı qaz təchizatlarını bağlaması Avropa ölkələrinin dərin narahatlığına səbəb olurdu.

Belə ki, Avropa İttifaqı Rusiyadan bu məsələdə asılığını azaltmaq istəyirlər.

Nabukko sövdələşməsi - irəliləyə addımdır"

Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso Nabukko razılaşmasının imzalanmasının irəliləyə addım adlandırıb.

Onun zölərinə görə, bir çoxları bu layihəyənin gerçəkləşəcəyinə inanmasalar da, danışıqlar hama getməsə də, razılaşma imzalandı.

Düzdü, Nabukko qaz kəmərinin maliyyələşdirilməsi, eləcə də qazın məhz haradan gələcəyi məsələləri hələ açıq qalmaqdadır.

Bununla belə, cənab Barroso layihənin uğurlu olağında əmin olduğunu deyib.

Onun sözlərinə görə, bu qaz kəməri Avropa və Türkiyənin enerji təhlükəsizliyi üçün olduqça mühümdür.

Cənab Barroso deyib ki, Nabukko layihəsi enerji mənbələri və marşrutlarının diversifikasiyasını təmin edir, eləcə də etibarlı müştəri ilə etibarlı təchizatçını etibarlı tranzit yolu ilə bir araya gətirir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik