|
Dağlıq Qarabağa müstəqillik statusu verilməyəcək
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prezident Əliyev deyib ki, Azərbaycan Dağlıq Qarabağa müstəqillik statusunun verilməsini nəzərdə tutan hər hansı sülh planını
heç zaman qəbul etməyəcək.
“Bu həqiqətdir ki, danışıqlar prosesi indi daha fəal keçir, daha ümidvericidir və müəyyən nəticələr əldə edilib. Lakin bu, danışıqları yekunlaşdırmaq üçün və beynəlxalq qanun və normalara əsaslanan çözümə nail olmaq, habelə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün kifayət deyil”, - deyib Londona səfəri vaxtı İlham Əliyev. İlham Əliyev münaqişənin yalnız beynəlxalq qanun və beynəlxalq təşkilatların qərarları əsasında çözümünə çağırıb. Onun sözlərinə görə, “Ermənistan rəhbərliyi də bununla razıdır”, əks halda onlar Moskva deklarasiyasını imzalamazdılar, deyib İlham Əliyev: “Moskva deklarasiyası deyir ki, münaqişə beynəlxalq təşkilatların qətnamələri əsasında həll edilməlidir. Həmin qətnamələrdə isə deyilir ki, erməni qüvvələri dərhal və qeyd-şərtsiz bütün işğal olunmuş ərazilərdən çıxarılamlıdır. Erməni qüvvələri tərəfindən etnik təmizlənməyə məruz qalmış bir milyona qədər Azərbaycanı qaçqınları öz yerlərinə qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Və biz həmişə demişik ki, indi də deyirik ki, Dağlıq Qarabağda yaşayanlara suveren Azərbaycan dövlətinin çərçivəsində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, yeganə mümkün variantdır, və əgər erməni tərəfi siyasi iradə göstərsə münaqişə həll edilə bilər”. Azərbaycan prezidentinin sözlərinə görə Ermənistanın Dağlıq Qarabağla quru vasitəsi ilə əlaqəsi, təhlükəsizlik məsələləri, sülhyaradıcı əməliyyatlar kimi sahələrdə narahatlığı başa düşülür. O deyib ki, ölkəsi bu məsələləri konstruktiv şəkildə həll etməyə hazırdır:
“Bunlardan bəzilərinə dair anlaşma artıq əldə edilib və bu proses davam etdirilməlidir. Sülhün bərqərar edilməsi təkcə hər
iki ölkəyə deyil, bütün bölgəyə mənfəət gətirəcək. Prezident Əliyev deyib ki, Azərbaycan Dağlıq Qarabağa müstəqillik statusunun verilməsini nəzərdə tutan hər hansı sülh planını heç zaman qəbul etməyəcək. “Yeganə mümkün yol Dağlıq Qarabağda hər iki icmanın dinc və əmin-amanlıqda birgə yaşamasıdır, və bunun üçün həll variantı
tapılmalıdır", - deyib Azərbaycan lideri. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||