BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 12 İyul, 2009 - Published 22:17 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Nabukko: uzun danışıqlardan imzalanma mərasiminə qədər
 
Qaz kəməri
Nabukko ilə bağlı danışıqlar uzun müddət aparılsa da, 2009-cu ilin əvvəlində Rusiya-Ukrayna " qaz mübahisəsindən " sonra intensivləşmişdi.

Rusiyadan yan keçən və Moskvanın Cənub Axını layihəsinə rəqib hesab edilən Nabukko 2014-cü ildə işə salınmalıdır.

Nabukko-nun əsas "problemi" onun qazla təmin edilməsilə bağlıdır, deyilir iqtisadi təhlillərdə.

Moskva əsas qaz istehsalçısı olan Türkmənistan və Azərbaycanın qazını almaq üçün səylər göstərir.

Lakin ötən həftəsonu layihədə iştirak edib-etməyəcəyini birmənalı açıqlamayan Türkmənistan Nabukko-nu qazla təmin etməyə hazır olduğunu deyib.

Ölkəsinin "nəhəng" yanacaq ehtiyatlarını vurğulayan prezident Qurbanqulu Berdıməhəmmədov Nabukko ilə yanaşı digər layihələrdə iştirak imkanlarının geniş olduğunu bildirib.

Borunu qazla dolduracaq potensial mənbələr arasında həmçinin Özbəkistan və İraq adlandırılır. İranın layihədə iştirakı texniki baxımdan qəbul edilsə də, Amerikanın qəti etirazı ilə üzləşib.

Layihənin imzalanmasına əngəllərdən biridə o olub ki, Türkiyə indiyədək nəql ediləcək qazın 15 faizinədək daxili bazara ayrılmasını tələb edib.

Ötən həftəsonu Bakıya baş çəkən Rumıniyanın iqtisadiyyat naziri bu maneənin aradan qalxdığını təsdiqləyib.

" Bu məsələ həll olunub, hərçənd ki təfsilatlar mənə məlum deyil", - deyib "Reuters” agentliyinə müsahibədə Adrianu Vidyanu.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik