|
Barak Obama: Qana bütöv Afrika üçün nümunə ola bilər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qana prezidenti Con Atta Millsla danışıqlar əsnasında Barak Obama vurğulayıb ki, Afrika beynəlxalq məsələlərdən kənarda qoyulmayıb. Cənab Obamanın sözlərinə görə, məhz buna görə də o, Böyük Səkkizlər sammitindən sonra bir başa bu qitəyə baş çəkir. Barak Obamanın Akkrada yerli parlament qarşısında çıxış edəcəyi gözlənilir. Xəbər verilir ki, cənab Obama öz çıxışında Afrikada demokratiyanın inkişafı yolları haqda danışacaq. Səfər proqramında əsas anlardan biri də onun, ailəsi ilə birgə "Qayıdış Olmayan Qapılar" adlanan qalaya baş çəkməsi olacaq. Məhz bu qaladan vaxtilə qaradərili qullar Amerikaya göndərilirdi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||