BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 11 İyul, 2009 - Published 13:24 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Frederik Burk Azərbaycanda korrupsiyaya cəhddə günahkar bilinib
 
Nyu-York rayon məhkəməsi biznesmen Frederik Burku Azərbaycanda neft şirkətinin özəlləşdirilməsi prosesində korrupsiyaya cəhddə günahkar bilib.

63 yaşlı Burk xarici dövlət rəsmilərinə rüşvət təklif etməkdə məhkum olunub.

Ona 10 ilə qədər həbs cəzası verilə bilər.

Burk 1997-1999-cu illərdə Azərbaycan rəsmilərinə 100 milyon dollarla rüşvət təklif etməkdə ittiham edilirdi.

Məhkumun bunları, Çexiya mənşəli biznesmen Viktor Kojeninin yaratdığı investisiya şirkəti adından etdiyi iddia edilib.

İttihama əsasən, Kojeninin şirkəti bunun müqabilində Azərbaycan Dövlət Neft Şirkətini almağa çalışıb.

Hazırda Kojeni azadlıqdadır və onu yaşadığı Bahama adasından ekstradisiya etmək cəhdləri nəticə verməyib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik