BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 10 İyul, 2009 - Published 09:52 GMT
 
Dostunuza göndərin   Çap versiyası
G-8: aclığa qarşı 20 milyard dollarlıq investisiyalar
 
Afrika ölkələrinin əksəriyyəti ərzaq qıtlığından əziyyət çəkir
İtaliyada G-8 və yaxud Böyük Səkkizlər sammitinin liderləri ərzaq qıtlığından əziyyət çəkən ölkələrdə ərzaq istehsalının inkişafı üçün 15 milyrad dollarlıq investisiya paketini elan ediblər.

Ərzaq qıtlığından əziyyət çəkən ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşir.

Sammit iştirakçıları inkişaf etməkdə olan ölkələrdə kiçik aqrar təsərrüfatlarına yardım vasitələrini nəzərdən keçiriblər.

BMT-nin Ərzaq və Aqrar Agentliyinin başçısı Jak Diof yoxsul ölkələrə ərzaq yardımından aqrar sahəyə investisiyalara keçidi salamlayıb.

Bununla belə, o deyib ki, dünyada aclıqla mübarizə aparmaq üçün tək pul yetərli deyil.

Dünya liderləri yardım agentlikləri və inkişaf etməkdə olan ölkələr tərəfindən güclü təzyiqlərə məruz qalırdılar.

Onlardan 4 il bundan əvvəl yardım məsələsində verdikləri vədlərə əməl etmək tələb olunurdu.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik