BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 10 İyul, 2009 - Published 11:08 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Urumçi: bəzi məscidlərin açıldığı xəbər verilir
 
Çinin şimal-qərbindəki Urumçi şəhərində müsəlman olan uyğurlar və han millətindən olan çinlilər arasında zorakılığa görə məscidlərin bağlanılmasına əmr verilsə də, bəzi məscidlərin açıldığı xəbər verilir.

Məsələyə dair siyasətin dəyişdiyi və ya məscidlərin, onların qarşısında çox sayda insanların toplaşdığına görə açıldığı hələ bəlli deyil.

Cümə namazında Urumçidə minlərlə uyğurların iştirak edəcəyi gözlənilirdi, lakin rəsmilər şəhər boyu camaatın öz evlərində qalıb ibadət etməsinə göstəriş verən vərəqələr yaymışdır.

BBC müxbiri Urumçidə vəziyyətin gərgin qaldığını deyir.

Ordu qüvvələri hələ də şəhər boyu qalmaqdadırlar.

Ötən bazar günü iğtişaşlar zamanı şəhərdə 150-dən çox adam həlak olmuşdur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik