BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həllinə çağırıblar
 
Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Ermənistanla Azərbaycan liderlərini Qarabağ problemini həll etməyə çağırıblar.

İtaliyada keçən Böyük Səkkizlər sammitində birgə bəyanatla çıxış edən Barak Obama, Nilolə Sarkozi və Dmitri Medvedev Azərbaycan və Ermənistanı bu iki ölkə arasında qalan son ixtilafları aradan qaldırmağa və yekun razılaşma əldə etməyə səsləyiblər.

Bəyanatda deyilir ki, Yerevanla Bakı 2007-ci il Madrid prinsiplərinə uyğun razılaşmaya nail olmalıdırlar.

ABŞ, Fransa və Rusiya ATƏT Minsk qrupunun həmsədrləri olaraq münaqişə tərəfləri arasında vasitəçilik edirlər.

İyulun 17 Ermənistan və Azərbaycan prezidentləri Rusiyada görüşməlidirlər.

Diplomatlar həmin görüşə böyük əhəmiyyət veririlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik