BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 10 İyul, 2009 - Published 00:27 GMT
 
Dostunuza göndərin   Çap versiyası
"Rəbiyə Kaderə viza verməklə Ərdoğan riskə gedir"
 
Rəbiyə Kader
Rəbiyə Kader Türkiyəyə gəlsə, bu, Türkiyə və Çin arasında yaxın iqtisadi əlaqələri gərginləşdirəcək.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mühacirətdə olan və hazırda Amerikada yaşayan uyğur lideri Rəbiyə Kaderə viza verməyə söz verib.

Bundan öncə Rəbiyə Kader iki viza ərizəsinə rədd cavabı verildiyindən şikayətlənmişdi.

Çinlə yaxın əlaqələri olan Türkiyə niyə öz mövqeyini dəyişdi?

Regional məsələlər üzrə şərhçimiz Rocer Hardi yazır ki, Çində baş vermiş zorakılıq Türkiyə mətbuatında və parlamentində qəzəblə qarşılandı.

Hökumət naziri xalqı Çin mallarını boykot etməklə öz etirazını bildirməyə çağırdı. İndi də baş nazir Ərdoğan bu etirazlara qoşulub - vəd verir ki, Rəbiyə Kaderin Türkiyəyə gəlməsinə icazə verəcək.

Son günlərdə Rəbiyə Kader uyğurların hüquqlarının məhşur müdafiəçisi kimi tanınıb.

Türk millətçiləri üçün uyğurlar türklərlə eyni kökə malik olan və türk dilinə yaxın dildə danışan xalqdır.

Türk islamçıları, o cümlədən baş nazir kimi müasir islamçılar üçün isə uyğurlar təzyiqə məruz qalmış müsəlmanlardır.

Müxbirimiz deyir ki, cənab Ərdoğan bununla riskə gedir. Əgər Rəbiyə Kader Türkiyəyə gəlsə, bu, Türkiyə və Çin arasında yaxın iqtisadi əlaqələri gərginləşdirəcək.

nümayişlər
Uyğurlarla çinlilər arasında toqquşmada 150 adam ölüb

Bir neçə gün əvvəl Çinin Sincan əyalətində uyğurlar və çinlilər arasında toqquşmalar baş verib.

150 adam olüb, minlərlə insanın həbsə alındığı bildirilir. Çin hökuməti dünya uyğurlarının lideri kimi tanınan Rəbiyə Kaderi bu hadisələri qızışdırmaqda ittiham etsə də, xanım Kaderin özü bu hadisələrlə hər hansı bağlılığı olmadığını deyir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik