|
İdman və gənclər nazirliyi - idmançılar adam döymür
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bakıda Adnan Hacızadə və Emin Millinin iddialara görə idmançılar tərəfindən döyülməsi və sonradan həbs edilməsi xəbərini şərh
etmək üçün biz Azərbaycan İdman və gənclər nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ilə söhbət etmişik:
Mənim bu hadisədən bir vətəndaş kimi xəbərim var. Dövlət qurumunun nümayəndəsi olaraq rəsmən bildirə bilərəm ki, Gənclər və İdman Nazirliyinə bu iki gəncin tutulması ilə bağlı rəsmi heç bir müraciət olmayıb. BBC: Səmayə xanım, siz İdman və Gənclər Nazirliyində çalışırsız. İdmançılar gəncləri göyüblər. Düzdür, polis deyir ki, əksinə gənclər idmançıları döyüblər. Yəni hər iki bu təbəqənin sizə birbaşa aidiyyatı var. Nə əcəb, nazirlik qarışmır bu işə? Cavab: Mən onların şəxsən idmançı olub-olmadığını bilmirəm. Çünki idmanla məşğul olan gənc çoxdur. İdmançı bədən quruluşuna malik çox adam var. Bunların hamısını idmançı adlandırmaq nə dərəcədə düzgündür? Bu, dünyanın hər bir yerində baş verə biləcək məişət hadisələrindən biridir. Amma bir şeyi rəsmi deyə bilərəm ki, Gənclər və İdman Nazirliyi dövlət səviyyəsində gənclərin siyasəti ilə məşğul olur. Bu, sırf məişət xarakterli hadisə olduğuna görə, nazirlik bu işə hələ ki, heç bir müdaxilə edə bilməz. Çünki bununla məşğul olan ictimai strukturlar var. Bizim nazirlik gənclərin hansi siyasi maraqlara xidmət etməsinə müdaxilə etmir. BBC: Səmayə xanım, geniş yayılmış belə bir fikir var ki, bəzi hakimiyyət adamları idmançılardan təyinatı üzrə istifadə etmirlər. Yəni onlardan bir növ cəzaverici dəstə kimi istifadə edilir. Bu barədə məlumatınız varmı? Cavab: Məndə bu barədə heç bir məlumat yoxdur. Çünki Azərbaycan bayrağını ucaldan idmançılardan söhbət gedirsə, bu idmançıları biz dəfələrlə ya hansısa ölkədə təlim məşq toplantılarında, ya da yarışda görürük. Mən əminəm ki, onların adı və məşhurluğu imkan verməz ki, onlar bu işlə məşğul olsunlar. Ən azı özünə hörmət edən idmançı bu işlə məşğul olmaz. Mən belə idmançıların bu sahədə ad çıxardığının şahidi olmamışam. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||