BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 İyul, 2009 - Published 11:15 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Bakıda gənclər təşkilatının iki nümayəndəsi tutulub
 
toplantı
Leyla Yunusun rəhbərlik etdiyi İnstitutun təşəbbüsü ilə keçirilən toplantı
Bakıda Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə QHT-lərin monitorinq qrupu və siyasi partiyaların rəhbərlərinin keçirdiyi təcili toplantıda Azərbaycan prezidenti İlham Əliyevdən ölkədə polisin özbaşınalığına son qoyulması və gənclər təşkilatlarının iki nümayəndəsinin azadlığa buraxılması tələb olunub.

"Ol" qənclər təşkilatının fəalı Adnan Hacızadə və "An" gənclər şəbəkəsinin rəhbəri Emin Milli gecə saatlarında idmançı görkəmli şəxlər tərəfindən döyüldükdən sonra Səbayıl rayon Polis idarəsinin qərarı ilə 48 saat müddətinə şübhəli şəxs kimi saxlanılıb.

Onlar restoranda yoldaşları ilə birgə nahar edərkən iki nəfərin onlara sataşmasından sonra yaranmış davada bədən xəsarəti alıblar.

Hadisədən sonra hər iki gənc polisə müraciət etmiş, lakin şübhəli qismində saxlanılmışdır, lakin onlara hücum edənlər sərbəst buraxılmışlar. Hər iki gənc 1 saylı Xətai müvəqqəti saxlama təcridxanasına göndərilib.

Toplantı
Amerika səfirliyinin nümayəndəsi

Ölkə prezidentinə müraciətdə deyilir ki, tutulan gənclərin vəkili İsaxan Aşurova onlarla görüşmək imkanı yaradılmayıb.

Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə keçirilən toplantıda iştirak edən Almaniya səfiri və Amerika səfirliyinin nümayəndəsi gənclərin döyülməsini və sonradan isə tutulmasını pisləmişlər.

Almaniyanın Azərbaycandakı səfiri Pyer Kristofor Stanina bildirib ki, Almaniyada ali təhsil almış Emin Milli bu gün Bakıya gələn Almaniya ombudsmanının yanında tərcüməçi işləməli idi.

O, deyib: “15 dəqiqədən sonra Almaniya ombudsmanı Bakıya gəlir və o, Emin Millinin həbsi barədə istər-istəməz məlumatlandırılacaq. Biz istərdik Emin Milli buraxılsın. Ən azı ona görə ki, bizə tərcüməçi lazımdır. Biz Emin Milli və Adnan Hacızadəyə tez bir zamanda sağalmalarını və azadlığa buraxılacağını istəyirik”, - deyərək səfir bildirib.

ABŞ səfirliyinin əməkdaşı Dmitri Taraxovski isə səfirliyin saxlanılanlara tibbi yardım göstərilməməsindən çox narahat olduğunu bildirib:

“Bu artıq tendensiya xarakteri alır. Azərbaycanda jurnalistlərin, ictimai fəalların və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin hücumlara məruz qalması birinci dəfə deyil. Baş verənlər nəinki heç bir demokratik normalara, həm də elementar ümumbəşəri prinsiplərə ziddir. Biz bunu pisləyir və gənclərin yaxın zamanda azadlığa buraxılacağına ümid edirik”.

Amma Səbayel rayonu polis idarəsinin istintaq xidmətiin rəhbəri Elşad Əbdülrəhimzadə Emin Milli və Adnan Əbdülrəhimzadənin saxlanılmasının ətrafında bu qədər hay-küyün nədən yaranmasına təəccüb etdiyini bildirdi. O, bildirdi ki, 7 nəfər iki nəfərin üstünə düşüb döyüblər, indi isə özlərinə bəraət qazandırılar. “Cinayət işi açılıb, son sözü sabah məhkəmə deyəcək”, - deyə polis əməkdaşı əlavə edib.

Adnan Hacızadə Azərbaycan baş nazirinin keçmiş müavini, Azərbaycanın Rusiyada keşmiş səfiri, hazırda müxalifətdə olan "Müsavat" partiyasının Divan üzvü Hikmət Hacızadənin oğludur.

Emin Milli rəsmi Bakının ünvanına həddindən artıq kəskin fikirləri ilə tanınır. Adnan Hacızadə isə İnternetdə gənclərin aksiyaları haqqında informasiyanın yayılmasında fəallığı ilə məşhurdur.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik