BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 İyul, 2009 - Published 09:23 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Suriya Qarabağ məsələsində vasitəçiliyini təklif edir
 
Bəşər əl-Əsəd
Bəşər əl-Əsəd
Cümə axşamı günü Azərbaycana rəsmi səfərini başa vuran Suriya prezidenti Bəşər əl-Əsəd prezident İlham Əliyevlə təktəbətk görüş zamanı Dağlıq Qarabağ məsələsini də müzakirə edib.

Suriya prezidenti rəsmi nümayəndə heyəti ilə birlikdə dünən Bakıya gəlib və birbaşa Azərbaycan prezidentinin “Zuğulba” iqamətgahına yollanıb.

Prezident İlham Əliyevlə təbətək görüşdə Suriya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər haqqında fikir mübadiləsi aparılıb. Söhbətdən sonra geniş tərkibdə dövlətlərarası sazişlərin və mədəniyyət, elm, sənaye, energetika, investisiyaların təşviqi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən prezident Əliyev imzalanmış sənədləri gözəl perspektivi olan ikitərəfli münasibətlərin inkişafına təkan verəcək amil adlandırıb.

İlham Əliyev
İlham Əliyev

Prezident Bəşər əl-Əsəd iki xalq arasında uzun əsrlər boyu dərin əlaqələr olduğunu qeyd edib. O, bütün sahələrdə münasibətləri fundamental və strateji adlandırıb. Onun sözlərinə görə, "səfərin əsas məqsədi - iki ölkə arasında qapıları tamamilə açmaqdır".

Qarabağ məsələsinə gəldikdə, prezident Əliyev Azərbaycanın sülh istədiyini, amma ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyini deyib.

Prezident əl-Əsəd deyib ki, Suriya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. O, deyib ki, Suriyanın həm Azərbaycan, həm də Ermənistanla ilə çox yaxşı münasibətləri var.

Səfərin ikinci günündə hər iki prezident Azərbaycan-Suriya biznes forumunda iştirak edəcək. Forum işgüzar sahədə ikitərəfli əməkdaşlığın gələcək konturlarını müəyyən etməlidir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik