BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 08 İyul, 2009 - Published 11:37 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Laborator şəraitdə ilk spemanın yaradılması elan edilib
 
Sperma
Britaniyanın Nyukasl Universitetinin alimləri dünyada ilk dəfə laboratoriya şəraitində insan sperması yarada biliblər.

Stem Cells and Development jurnalında dərc edilmiş elmi iş kişi sonsuzluğu probleminin həllinə olan ümidləri artırıb. Lakin bəzi ekspertlər hələ də bunun mümkünlüyünə şübhə edirlər.

Nyukasl alimləri bir neçə gün yaşı olan kişi embrionlarından alınmış gövdə hüceyrələrdən istifadə ediblər. Onları "meiosis" adlı prosedurdan keçirməklə, tərkiblərindəki xromosomların sayını yarıbayarı azaldıblar. Xromosomlar sperma yaradılmasında əsas elementlərdir.

Professor Kərim Nayerniya deyir ki, onlar hərəkət edə bilən yetkin sperma əldə edə biliblər. Lakin bəzi ekspertlər deyirlər ki, hüceyrələr spermaya oxşasalar da, onların tam inkişaf etdikləri şübhə altındadır.

Tədqiqatın ilkin məramı kişi sonsuzluğunun səbəblərini öyrənməkdir.

Nyukasllı alim qrupu deyir ki, bu metodun təkmilləşdirilməsinə azı beş il tələb olunur. Bu zaman sonsuz kişilər üçün genetik baxımdan onların olduğu övladlar dünyaya gətirmək mümkün ola bilər.

Lakin laboratoriya şəraitində yaradılmış spermalardan istifadə üçün qanunda dəyişiklik etmək lazımdır.

Döllərin sonsuzluğun müalicəsində məhvinə qarşı olanlar bu tədqiqatı qeyri-mənəvi kimi təsvir ediblər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik