|
Milyonlar üçün superulduz, 11 yaşlı qızı üçün sadəcə "ata"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
11 yaşlı qızcığazın sözləri sanki hamını reallığa qaytardı.
Paris Cəkson atasının şərəfinə keçirilən xatirə mərasiminin sonunda mikrofonu əlinə alanda, qlobal superulduz Maykl Cəksonun həm də sadəcə "Dəddi - Ata" olduğu yada düşdü.
"Doğulduğum gündən bu günə kimi mənim atam ən yaxşı ata olub. Bircə onu demək istəyirəm ki, mən onu çox sevirəm." Son iki həftənin sirk tamaşasına bənzəyən hadisələrin burulğanında bu sadə həqiqət yaddan çıxmışdı. Ailənin ata, qardaş və oğul itirməsi sanki arxa planda qalmışdı. Amma xatirə mərasiminin özü, vəfat etmiş ulduza layiq və təmkinli idi. Bəziləri ehtiyat edirdilər ki, mərasim əttökən, həddən-ziyadə təmtəraqlı bir olay olacaq. Ulduzla vidalaşmağa dostları, dünyanın tanınmış ulduzları və bir də onu sevən minlərlə pərəstişkarı gəlmişdi. Maykl Cəksonun cəsədi qızıl güllərlə bəzədilmiş qızıl tabutun içərisində Los Ancelesdəki Stəpls mərkəzinə gətiriləndə xor onun xatirəsinə mahnı oxuyurdu. Maykl Cəksonun ziddiyyətli keçmişi burada unudulmuşdu. Mərasimdə iştirak edən müxbirimiz deyir ki, bu müğənninin musiqi irsinə təsiredici bir təşəkkür mərasimi idi.
Pop kralının xatirə mərasimini yüz milyonlarla insan televiziya vasitəsilə dünya boyunca izləyirdi. Dünya popunun böyük isimləri Stiv Uonder, Meray Kerri, Laynl Riçi və Smoki Robinson da pop kralına vida söyləyənlər arasında olub. Çöldə helikopterlər uçur, televiziya müxbirləri üzlərini kameralara tutaraq danışır, bulvar mətbuatı yeni dedi-qodu və çirkab axtarışında idi. İçəridə isə kiçik bir qız atasını sevdiyindən danışırdı. Bu zaman hətta Maykl Cəksonu sevməyənlər, hətta onun ölümünə bu qədər diqqət ayrılmasından boğaza gələnlərin belə yəqin ki, bir anlığa ürəyi sıxılmalı idi.... Mətyu Prays, BBC Nyuz, Los Anjeles |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||