BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Mumbayda görünməmiş su qıtlığı yaranıb
 
Mumbay
Mumbay

Hindistanın sayca sakinlərin ən sıx yaşadığı Mumbay şəhərində suyun normalaşdırılmasına başlanıb.

Musson yağışları bu il həmin ərazidə az yağdığından şəhərdə suyuyn paylanması məhdud rejim əsasında həyata keçirilir.

Şəhərin tarixində belə tədbirə ilk dəfə olaraq əl atılır.

Mumbayda 20 milyonluq əhali yaşayır.

Şəhərin su təchizatı 30 faiz ixtisar edilib.

Rəsmilər deyib ki, su ehtiyyatı yalnız 2 aya bəhs edə bilər, və əggər musson yağışları tez bir zamanda yağmasa, suyun paylaşdırılması tamamilə kəsilə bilər.

Onlar yağışların yağması üçün süni yolla buludların əmələ gətirilməsi variantını nəzərdən keçirirlər.

Hindistanın digər şəhərlərində də suyun qıtlığı müşahidə edilməkdədir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik