BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 06 İyul, 2009 - Published 09:45 GMT
 
Dostunuza göndərin   Çap versiyası
ABŞ-Rusiya sammiti: Nüvə silahı ixtisar ediləcək
 
Barak Obama ilə Dmitri Medvedev
Yeni razılaşmaya əsasən nüvə başlıqlarının sayı mütənasib olaraq 7 il ərzində 1700-dək endiriləcək.

İnidyədək Moskva Vaşinqtondan tələb edib ki, ilk növbədə Şərqi Avropada raketdən müdafiə sistemi yaratmaq planlarından əl çəksin.

Görüşdən sonra jurnalistlər qarşısına bərabər çıxan prezidentlər bu məsələnin müzakirə edildiyini təsdid ediblər.

"Raketdən müdafiə sipərinin qurulmasına dair fikir ayrılığı mövcuddur", - deyib Dmitri Medvedev.

Barak Obama deyib ki, bu ayın sonunadək, ekspertlər məsələni öyrənəcəklər və bundan sonra Rusiyaya yeni təkliflər təqdim edəcək.

Amerika ilə Rusiya Əfqanıstanla bağlı əməkdaşlığın inkişafına dair nikbin proqnozları doğruldublar. Belə ki, informasiya agentlikləri Əfqanıstana daşınan Amerika hərbi yüklərinin Rusiya ərazisindən keçməsinə icazə verən razılaşmaya qol çəkiblər.

Bu Pakistandan keçən və hazırda hücum altında olan yola alternativ bir marşrutdur.

Münasibətlər

Son illərdə pisləşərək soyuq müharibə dövründəki münasibətlər səviyyəsinə çatmış Rusiya-Amerika əlaqələrinin bu görüş nəticəsində mülayimləşməsinə ümidlər var, deyilir BBC-nin Moskva müxbiri şərhində.

 Heç kim Rusiyanı sabiq SSRİ ərazilərində maraqlarından məhrum edə bilməz. Məncə bu vəziyyətdə yalnız bir şey mümkündür. Bu da onların Rusiya yoxsa bizimlə olmalısınız kimi fikirdən uzaqlaşmaq"
 
Sergey Ryabkov, Rusiya xarici işlər nazirinin müavini

Rusiya hökuməti Amerikanın xarici siyasətinə inamsızdır, - deyilir Moskvadan daxil olan təhlildə. - Prezident Obama növbəti iki gün ərzində münasibətləri müsbət istiqamətə yönəltməyə həsr edəcək, deyilir təhlildə.

Rusiya nüfuzu

Prezident Obama nitqində deyib ki, Gürcüstanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

Vaşinqtonun Moskvanın bütün sabiq sovet respublikaları üzərində qanuni təsir dairəsinə malik olduğunu qəbul etdirməyə nail olmaq cəhdidir. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu inkar etmir.

"Mənim üçün bunu qəbul etmək qaçılmazdır. Bu məsələyə dair rəsmi qərarlar qəbul edilib-edilməsə də, heç kim Rusiyanı bu ərazilərdə maraqlarından məhrum edə bilməz. Məncə bu vəziyyətdə yalnız bir şey mümkündür. Bu da onların Rusiya, yoxsa bizimlə olmalısınız kimi fikirdən uzaqlaşmaqdır", - deyir Sergey Ryabkov.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik