BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 03 İyul, 2009 - Published 15:30 GMT
 
Dostunuza göndərin   Çap versiyası
BMT:Donuz qripini dayandırmaq qeyri-mümkündür
 
Donuz qripi
BMT-nin baş səhiyyə rəsmisi Meksikada keçirilən forumdakı çıxışında bəyan edib ki, donuz qripinin dünyaya yayılmasının qarşısını almaq qeyri-mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan əlavə edib ki, forumun məhz Meksikanın Kankun şəhərində keçirilməsi göstərir ki, BMT xəstəlikdən ən çox ziyan çəkmiş bu ölkəyə tam etimad göstərir.

ÜST deyir ki, H1N1 hallarının əksər hissəsi mülayim formadadır və adamlar çox zaman əlavə yardımsız sağala bilirlər.

Hazırda təkcə Britaniyada gündə 100 min insanın yayın sonuna kimi bu xəstəliyə tutulacağı güman edilir.

Doktor Çan öz açılışı nitqində deyib: "Hazırda 100-dən çox ölkədə donuz qripi halı qeydə alınıb. Eləki, maksimal yayılmaq gücünə malik virus formalaşdı, onun dünyaya yayılmasının qabağını almaq qeyri-mümkündür."

Lakin o vurğulayıb ki, xəstələrin böyük əksəriyyəti bir həftə içində sağala bilirlər. Bəzən bunun üçün onlara heç dərman da qəbul etmək lazım gəlmir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik