|
Ş. Koreyada ilk dəfə pivə reklamı göstərilib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şimali Koreya bu dəfə raket yox, pivə reklamı sınağı həyata keçirib.
Sərt kommunist rejimli ölkədə kommersiya reklamı çox nadir hadisə sayılır. Lakin bu reklam rolikində susamış fəhlə yerli istehsal olan pivəni ləzzətlə içir.
Milli Koreya geyimində olan gənc qadınlar, qərbsayağı kostyumlar geymiş kişiləri pivəyə qonaq edirlər. Pxenyanın fəxri adlı pivə reklamı "stressi azaltmağı" vəd edir. İki dəqiqə yarım davam edən reklamda deyilir: "Bu Pxenyanın yeni mənzərəsidir. Bu həyatımızın tanış bir hissəsi olacaq." Pivə ilə tanış olanlar onun yüksək keyfiyyətli olduğunu deyirlər. Ş. Koreya lideri Kim Çen İrin şərab və konyak sevdiyi güman edilir. Lakin pivəbişirən fabrikə səfərindən sonra o deyib: "Yüksək keyfiyyətli pivənin adamlara təqdim edilməsi təqdirəlayiqdir." |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||