|
Brtianiyanın İrandakı səfirliyinin işçisinə qarşı ittiham sürülüb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Britaniya səfirliyinin həbs olunmuş işçilərindən birinin vəkili bidirib ki, onun müdafiə etdiyi şəxsə qarşı ittiham irəli
sürülüb.
Həmin işçi İranda prezident seçkilərinən sonra etirazlarda əli olmaqda ittiham olunub. Sözü gedən işçi, İran vətəndaşı, səfirlikdə siyasi təhlilçi qismində işləyib. Həmin adam İranın milli təhlükəsizlik maraqları əleyhinə işləməkdə ittiham olunub. Bundan 1 gün əvvəl isə , İranın qüdrətli Mühafizlər Şurasının rəhbəri Ayatolla Əhməd Cənnəti deyib ki, Tehrandakı Britaniya səfirliyinin bəzi işçiləri üzərində məhkəmə olacaq. Onlar seçkidən sonrakı dövrdə etirazlarda iştirakda ittiham olunacaqlar. Cümə namazından sonra çıxış edən Ayatolla Cənnəti deyib ki, İran vətəndaşları olan bu əməkdaşlar günahlarını etiraf ediblər və mütləq mühakimə ediləcəklər. Britaniyanın Xarici İşlər Nazirliyi bu xəbərdən narahatlıq ifadə edib. O bildirib ki, məlumatı araşdırır. 9 tutulmuş işçidən 7-si sonradan azad edilib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||