|
Avropa İttifaqı ölkələri İran səfirlərini öz Xarici İşlər Nazirliklərini dəvət edərək, Tehrandakı Britaniya səfirliyi əməkdaşlarının
tutulmasına etiraz etmək qərarına gəliblər. Bu qərarı 27 üzv ölkənin hamısı dəstəkləyib. İttifaq rəsmisi BBC-yə deyib ki,
vəziyyətdən asılı olaraq, səfirlərin İrandan geri çağırılması kimi tədbirlərə də əl atıla bilər.
İlk addımlar Aİ-nın Britaniya ilə bu məsələdə həmrəy olduğunu nümayiş etdirir. Hal-hazırda səfirliyin iki əməkdaşı hələ də
həbsdədir və İranın nüfuzlu Mühafizlər Şurasının sədri Ayatolla Əhməd Cənnəti onların mühakimə ediləcəklərini bəyan edib.
Avropa İttifaqı həmin şəxslərin dərhal azad edilməsini tələb edib. Avropa İttifaqı həmçinin İran diplomatlarının və məmurlarının
vizalarının hüquqiliyini dayandırır. Aİ rəsmisi BBC-yə deyib ki, tədricən tədbirlərin sərtliyi də artırıla bilər. Onun sözlərinə
görə, masa üzərində bir çox təkliflər var.
Gələn həftə İtaliyada başlayan Böyük Səkkizlərin görüşünün gündəliyində İranla münasibətlər gündəlikdə əsas yeri tutacaq.İtaliya,
Almaniya və İsveç daxil olmaqla bir sıra Aİ üzvləri İranla ehtiyatlı davranmanın tərəfindədirlər. Onlar deyirlər ki, Aİ İranı
təcrid etməkdənsə, onunla dialoqu davam etdirməlidir.
Lakin əgər Britaniya səfirliyinin işçiləri məhkəməyə çıxarılarlarsa, Avropa İttifaqının daha sərt diplomatik mövqe tutmaqdan
başqa çıxış yolu qalmaya bilər.
|