BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya prezidenti ABŞ ilə əlaqələrdə yeni səhifə açmağa çağırıb.
 
Rusiya prezidenti Dmitri Medvedev ABŞ ilə əlaqələrdə yeni səhifənin açılmasına çağırıb.

Cənab Medvedev bunları prezident Obama ilə gözlənilən sammiti ərəfəsində video-bloqunda deyib.

Bu zirvə toplantısı Bazar ertəsi Moskvada keçiriləcək.

Özünün internet saytındakı bloqunda prezident Medvedev çox nikbin səslənir.

O deyir ki, Obama administrasiyası son illərdə iki dövlət arasındakı münasibətlərdə yaranmış ciddi problemlərin həllinə səy göstərir.

Medvedev həm də deyir ki, Rusiya daha effektiv, etibarlı və müasir münasibətlərin qurulmasında öz payını verməyə hazırdır.

Ötən yayda ABŞ-Rusiya münasibətləri Soyuq Müharibə bitəndən bəri ən aşağı səviyyədəydilər.

Buna görə hakimiyyətə gələndən sonra, Obama münasibətlərdə "reboot" düyməsinin sıxılmasından danışırdı.

Bu səbəbdən gələn həftə Obamanın Rusiyaya ilk səfəri ərəfəsində ümidlər böyükdür.

Gündəlikdə olan əsas məsələlərdən biri, nüvə silahlarının ixtisarına dair yeni sazişin əldə olunmasıdır.

Köhnə sazişin müddəti bu ilin sonunda bitir.

Hər iki lider öz nüvə arsenalının daha da azaldılmasına maraqlı olduqlarını bildiriblər.

Lakin yeni sazişin imzalanmasından əvvəl bir sıra maneələrin üzərindən aşmaq lazımdır.

Bunlardan ən ciddisi Moskvanın Şərqi Avropada raket sipərinə müxalif mövqeyidir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik