BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
ATƏT-in hazırkı sədri Bakıda danışıqlar aparıb
 
Dora Bakoyannis
Dora Bakoyannis
Bu gün ATƏT-in hazırkı sədri, Yunanıstan xarici işlər naziri Dora Bakoyannis Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb.

Xanım Bakoyannisin gündəliyində siyasi mövzular olsa da təmasların bir hissəsi enerji mövzusunda olub.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Dora Bakoyannis Azərbaycanla Yunanıstan ararsında enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Yunanıstan xarici işlər naziri bəyan edir ki, Azərbaycanın təbii ehtiyatları cənubi Avropa dövlətlərinin təbii qazla təminatında mühüm əhəmiyyət kəsb edir.

"Türkiyə-Yunanıstan-İtaliya boru xətti Bakı və Afina üçün mühüm əhəmiyyətə malikdir".

Bu bəyanat elə bu həftə Bakıda rus nəhəngi Gazpromla imzalanmış sazişdən sonra səslənir.

Azərbaycan qazının Rusiyaya ixracı Avropadakı mövcud və potensial alıcıların diqqət mərkəzindədir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu məsələyə dair bəyanatı avropalılara bir ismarıc kimi səsləndi.

"Azərbaycan qazı artıq Yunanıstana nəql olunur və indi tərəfələr belə razılığa gəliblər ki, bu qazın həcmi artırılsın".

Bu günkü danışıqlarda digər məsələlər də, o cümlədən Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi.

Üç ölkənin vasitəçiliyi ilə davam edən danışıqlar məhz ATƏT çərmivəsində aparılır. ATƏT-in hazırkı sədri isə çözüm şanslarına nikbin baxır. " Son tərəqqidən ruhlanmışam".

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik