BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 02 İyul, 2009 - Published 11:19 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Gülüstan müqaviləsini Britaniyalı diplomat yazıbmış
 
İran
İran
İran-Britaniya münasibətlərindəki gərginliyin tarixçəsi

Britaniya və İran tərəfindən qarşılıqlı sürətdə diplomatların xaric edilməsi ona dəlalət edir ki, bu 2 antaqonist arasında münasibətlər gərgin və pis olaraq qalır.

Əvvəlcə iran 2 Briytaniyalı diplomatı ölkədən xaric etdi. Bu zaman həmin diplomatların fəaliyyətinin onların statusuyla uzlaşmadığı bildirilmişdi.

Adətən bu sözlərlə həmin adamın cəsusluqla məşqul olduğuna işarə vurulur. Lakin bu dəfə bu deyimin mənasının arxasında nə durduğunu İranlılar izah etmədilər.

Britaniya daha çox vərdiş qaydasında İran tərəfinə cavab addımı verib.

Hadisələr Cümə günü Ali Rəhbər Ayatolla Xameneinin nitqinən sonra inkişaf edib.

Ayatolla öz nitqində Britaniyanı "pusquda durmuş qurdlar" arasında ən "yamanı" adlandırıb.

Nəyə görə, İran məhz Britaniyanı seçib?

Bunun tarixçəsi var.

"İranda belə bir təssəvvür mövuddur ki, Britaniya həmişə vəziyyəti qarışdırmaq üçün altdan-altdan iş görür", - Londondakı City Universitetinin təhlilçisi Rosemary Hollis deyir.

"Səbəblərdən biri BBC Fars TV-kanalının yaradılmasıdır".

"Digər bir səbəb MKO İran müxalifəti qrupuınun Britaniyada mövcudluğudur".

MKO - Mücəhiddin Xalq Təşkilatı deməkdir.

Avropa İttifaqı bu təşkilatın adını terrorçu qruplar siyahısından bu ilin yanvar ayında silib.

"Lakin bu da mümükündür ki, İranlılar Britaniyanı söyürlər ki, ABŞ kənarda qalsın. və beləliklə Obama üçün qapılar ağıq saxlansın", xanlm Hollis deyir.

ABŞ prezidenti Barak Obama İrana danışıqlara başlamaq təklifi edib. lakin İran hələlik bu təklifə rəsmən cavab verməyib.

Alcaldma

Tarixə gəldikdə isə, burada istənilən dərinliklərə qədər getmək olar.

Misal üçün, 1813-cü ilin Gülüstan müqaviləsinə nəzər salaq. Həmin müqaviləyə görə, İran ərazisinin bir hissəsini Rusiyaya təslim etməyə məcbur oldu.

İranın xəritəsi
İranın xəritəsi

Həmin müqavilə Britaniyalı diplomat Ser Gore Ouseley tərəfindən tərtib olunmuşdu və İranı alçaldan bir sənəd kimi tanınmışdı.

Britaniya eləcədə 1860-ci ildə İranın Hindistanla sərhədlərinin cızılmasında da bir alət rolunu oynamışdır.

Sonralar, 1920-ci ildə, general Edmund İronside-ın komandanlığı altında İrandakı Britaniya qüvvələri Rza Şahın İranda taxttaca gətirilməsində rol oynadılar.

Onun oğlu Məhəmməd Rza Pəhləvi, 1979-cu ildə İslam inqlabı nəticəsində taxtacdan devrildi.

1953-cü ildə İranda Məhəmməd Müsəddiqin seçilmiş hökümətinə qarşı qiyam Britaniya və ABŞ-a qarşı inamsızlığı dahada gücləndirdi.

Müsəddiq İranda İran-İngiltərə Neft Şirkətini milliləşdirmək istəyirdi.

Həmin şirkətdə Britaniya həlledici mövge tuturdu.

Britaniyalılar və Amerikalılar İranda Müsəddiqə qarşı qiyam təşkil etdilər, Müsəddiqi ev dustaqlığına məruz qoydular.

İranın üzərində tam nəzarəti Şaha təhfil verdilər.

Şah devrildikdən sonra, İran inqlabçıları diqqəti ABŞ-a yönəltdilər.

ABŞ səfirliyində girovlar götürüldü. Prezident karter onların azad edilməsi üçün uğursuz bir əməliyyata qol qoydu.

Ondan bir müddət sonra, məyyən yaxınlaşma etmək cəhdləri olub.

Beləki Reyqan administrasiyası dövründə, Livanda qərb diplomatlarının azad edilməsi əvəzində İrana Amerika silahı təklif edilmişdi.

İraq lideri Səddam Hüseynin başladığı İran-İraq müharibəzi zamanı, Qərbin İraqı dəstəkləməsi İranı xeyli qəzəbləndirmişdi.

Adi iş

Yaxın zamanlara baxanda isə, İran tərəfindən Fars körfəzində 15 Britaniya dənizçisinin tutulduğu yada düşür.

İran onları azad etdi lakin bu jest münasibətlərin dostluq münasibətlərinə çevrilməsinə gətirmədi.

Bu yaxınlarda hətta Britaniya muzeyi belə 2-tərəfli münasibətlərin yaxışlaşdırılmasına öz töfhəsini verməyə çalışdı.

Beləki, Şah Abbasın hökmranlıq dövrü 16-17-ci əsrlərə aid Müzeydə sərgi də təşkil edildi.

Bu iş çərçivəsində İran rəsmiləriylə əməkdaşlıq da edildi.

lakin əslində heç bir şey həll olunmadı.

İranın şübhəli nüvə proqramıyla bağlı antaqonizm və BMT Təhlükəsizlik Şurasının ( ABŞ və Britaniya tərəfindən edilən təşəbbüs əsasında) sanksiyaları münasibətləri daha da gərginləşdirdi.

Məsələnin ironik cəhəti bundadır ki, Britaniya höküməti, "tarixi yükü" nəzərə alaraq, son hadisələrdə nə qədər az müdaxilə etməyə çalışsa da, müdaxilə etməkdə ittiham olundu.

Bir Britaniyalı rəsminin qeyd etdi yi kimi, "hər şey gözlənildiyi kimi oldu"

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik