Skip to main contentAccess keys helpA-Z index
BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Londonda 'Bakı Şəfəqi' moda sərgisi keçirilib
 
Libas
Azərbaycanın Milli bayrağının rənglərini əks etdirən libasın nümayişi
Xatirə Azad,
London

Şənbə günü Londonun Meyfeyr mehmanxansında "Bakı Şəfəqi" adlı bir moda sərgisi keçirilib. Sərgini KPK əyləncə qrupu təşkil edib. Sərgi xeyriyyə məqsədi daşıyırdı.

Bu gün Braziliyanın küçələrində yeddi milyondan çox müdafiəsiz uşaq işləyir və eləcə də yaşayır. Braziliyada 450 mindən çox uşaq kimsəsiz və baxımsız qalıb. Hər gün Braziliyanın təkcə Rio de Janeyro ştatında iki uşaq təcavüzə məruz qalır. Yalnız 2000-ci ildə Rio de Janeyroda 6218 nəfər uşaq alovlu silahın qurbanı olub.

Bu məlumatlar dünən Braziliyanın müdafiəsiz uşaqlarına kömək məqsədilə London Meyfeyer mehmanxanasında keçirilən xeyriyyə moda sərgisində açıqlandı. Elə "Bakı şəfəqi" adlanan moda sərgisi də açılışa bu məlumatları əks etdirən qısa filmlə başladı.

Daha sonra isə Braziliya musiqisinin sədaları altında bir neçə ölkənı təmsil edən gənc modelyerlər bu sahədə necə deyərlər, ilk addımlarını nümayiş etdirməyə başladılar. İlk işləri olsa da biçim tərzləri, üslub və yanaşmaları ilə bir-birindən fərqli qadın libasları kolleksiyaları tamaşaçıların rəğbətinə səbəb oldu.

Rusiya, Ukrayna və Azərbaycanı təmsil edən modelyerlər arasında Azərbaycanlı modelyer Səbinənın libasları özünəməxsusluğu ilə seçilirdı. Səbinənin dizaynı olan libaslardan biri, "Sən gəlməz oldun" musiqisi ilə müsaiət olunan Azərbaycan bayrağının rənglərini əks etdirən al-əlvan rəngli paltar tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Öncədən Bakılı Renarə Şəmsiyevanın modallarının nümayiş etdirilməsi planlaşdırılsa da son məqamda visa ilə bağlı problemlərinə görə o gecəyə qatıla bilməmişdi.

Müsahibim Londonda tələbə, Könül Əliyeva şou ilə bağlı təəssüratları ilə mənimlə bölüşdü. Onun təbirincə, nəzərə alsaq bu modelyerlərin ilk işləri və təqdimları idi, libaslar çoz gözəl idi, həm də təşkilatçılıq baxımından.

O, Azərbaycanın kolleksiyasını isə xüsusi qeyd etmək istədiyini deyir, cünki həm maraqlı, həm də cazibəli olduğuna görə. Onun sözlərinə görə Londonda hər hansı həmvətənlini görmək insana doğma təsir bağışlayır, o üzdən də Azərbaycan motivlərini libaslarda görməsi Könülə çox yaxşı təsir bağışlayıb.

Kaspian Xəzri Cəmiyyətinin sədri Simuzər Baloğlanova isə bu gecədən qurur duyduğunu dedi, " Ən sevdiyim libas son libas idi, o Azərbaycan bayrağı olan libas. Və o libasla milli musiqi sədaları altında gəzəndə çox böyük qürur duydum, sevinc hissləri yaşadım. Təşkilatçılıq yüksək səviyyədədir, gözəl gecədir. Bizim gənc modelyerlərimizdən bax belə gözəl işlər gözləyirik. Gözləyirik ki, bizi Azərbaycandan kənarda belə gözəl təqdim etsinlər."

Səfir
Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov

Azərbaycanın Boyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu xeyriyyə gecəsini dəstəkləmələrinin səbəbini belə açıqladı. "Həm xeyriyyə məqsədi daşıdığına görə, həm də iştiraklardan biri bizim respublikanın vətəndaşıdır, burda Lankaster şəhərində təhsil alır.

Ücüncü də tədbirin adı Bakı şəfəqi adlanır, hamı da bilir ki, Bakı Azərbaycanın paytaxtıdır. Və bütün bu məqamları əsas ğötürərək dəstəkçı olduq tədbirə. Ümimiyyətlə, London çoxmədəniyyətli şəhərdir, digər millətlərin də nümayəndələri təmsil olunur burda və Azərbaycanın adının burada hallanması, tanınması bizə çox xoşdur."

Moda gesəsinin təşkilatçısı KPK Əyləncə grupudur. KPK Əyləncə 2007-ci ilin Noyabrında həmyerlimiz Lankaster Universitetinin tələbəsi Kamilə Hüseynovanın təşəbbüsü ilə, onun tələbə rəfiqələri Katerina Qavrieldou və Piyuş Saraf tərəfindən yaradılıb. İxtisasca bizness menecmentinə yiyələnsə də Kamilə uşaqlıqdan insanları birə yerə toplayıb tədbirlər keçirməyi xoşladığını deyir. O, modaya olan marağını həm də anası ilə bağlayır. Belə ki, Kamilənin anası elmi işçı olmasına baxmayaraq boş vaxtlarında saatlarla fashion televiziyasını izləyir.

Kamilə deyir ki, bu ideyaya ilk dəfə Lankasterdə cansıxıcı tələbə şəhərciyinə canlandırma gətirmək, tələbələri modaya ilə tanış etmək üçün gəlib, "Biz sosial təşəbbüs kimi fəaliyyətə başlamışıq və cəmiyyətə sosial dəyişiklik gətirmək və xeyriyyə məqsədilə mailyyə toplamaq niyyətindəyik. Daha bir məqsədimiz isə gənc istedadları üzə çıxarmaq və onların yaradıcılığını dəstəkləmək və sənətdə ilk addımlarına yardımcı olmaqdır. İlk xeyriyyə tədbirinı ötən il Lankasterdə keçirmişık. Gecədən toplanan vəsaiti xərçəng xəstəliyi ilə mübarizəni dəstəkləmək məqsədilə Breast Cancer xeyriyyə təşkilatına verdik. Bu il isə tədbiri Brazilliya uşaqlarına və gənc istedadlara həsr etmək qərarına gəldik."

Moda sərgisində Azərbaycanla yanaşı Ukrayna və Rusiyadan olan gənc modelyerlərin iştirak etməsinə baxmayaraq gecənin niyə məhz "Bakı şəfəqi" adlandırılmasını Kamilə belə izah edir: "Bakı ilə əlaqələndirmək üçün. Belə füsunkar şəhər olmasına baxmayaraq Bakını heç kim tanımır. Eləcə də bu gənc dizaynerləri, belə istedadlı olmalarına baxmayaraq, onları heç kim tanımır. Onlara dəstək lazımdır, onları üzə şıxarmaq üçün belə qərara gəldik."

Doğrudan da incəsənət, yaradıcılıq hüdudları, sərhədləri tanımır. Belə ki, bu gün hər hansı incəsənət əsərini anlamaq, onun ilhamverici qüvvəsindən bəhrələnmək üçün heç də yerli dil və mədəniyyətləri bilmək vacib deyil. İncəsənətin, yaradıcılığın şəfaverici qüvvəsinə inananlar da az deyil.

Üstəlik də zəngin insan təxəyyülünün məhsulu olan incəsənət əsərləri, xüsusilə də dunya podiumlarını fəth edən moda və müsiqi, həm də global problemləri insanlara, geniş ictimaiyyətə çatdırmaq və onların çözümündə ictimaiyyətin diqqətini cəlb edə bilmələri ilə fərqlənir. Elə dünənki moda gecəsi də müxtəlif millətlərin nümayəndələrini bir araya gətirmişdi.

Cənab Qurbanov Azərbaycanın zəngin mədəniyyətinin olmasını onun məhz şərq və qərb mədəniyyətlərini özündə birləşdirməsi ilə əlaqələndırır. O gecəyə müxtəlif millətlərin marağının səbəblərini belə açıqladı, "Sözsüz moda və dizayn London kimi şəhərdə çox diqqət mərkəzində olan bir sahədir, ona görə camaat həmişə maraqla gəlir. Həm də onlar bilirdilər ki, burda bir neçə ölkələrin təmsiliçiləri olacaq, və bu da maraq doğurur. Tədbirin adı da Bakı şəfəqidir, və sözsüz bu da cəlb eləyir, bir neçə məqamlar var burda."

Moda
Braziliya uşaqlarına həsr olunmuş kolleksiyadan nümunə

Bu xeriyyə sərgisindən toplanan vəsaitlər ABS Trust Fondu tərəfindən Braziliya küçələrində müdafiəsiz, bir qarnı ac- bir qarnı tox yaşayan uşaqlara yardım edilmək üçün sərf ediləcək. ABS Trust nəinki onlara ərzaq və siğınacaqla kömək edir, həm də uşaqlara təhsil almaq və, film və tamaşaların hazırlanması kimi müxtəlif vərdişlərə yiyələnməkdə yardım edir.

Kiprin Boyük Britaniyadakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə müşaviri Xanım Dr. Niki Katoni KPK əyləncə qrupunun gənc təşkilatçılarını belə xeyirxah məqsədlərə qatıldığını, Braziliyanın küçələrində kimsəsiz, müdafiəsiz, və ac-yalavac qalan uşaqlarına yardım etmələrini alqışlayır.

Onun təbirincə, "Kipr və Azərbaycan kimi ölkələrin kıçık olması heç də onların dünya hadisələrinə biganə qalmasına dəlalət etmir. Belə ki, bu ölkələr qlobal problemlərin həllində məsuliyyətı öz üzərilərinə götürmək iqtidarındadırlar. Bugünki xeyriyyə gecəsi də bunu bir daha sübut edir. Bu gənc qızlar yalnız öz ölkərinin deyil, Braziliyanın kimsəsiz uşaqlarının taleyinə biganə deyillər."

Musahibim Hannah Kraun gecədə gördüyü model və əlbisələri çox bəyəndiyini və onları məmnuniyyətlə geyməyə hazır oldunu deyir. Amma eyni zamanda tədbirin iki əsas məqamının daha önəmli olduğunu vurğulayır: "Libaslar çox yaradıcı, füsunkardır, bir çox moda şoularında hətta rast gəldmədiyim belə paltarlar gördüm ki, böyük məmmuniyyətlə onları özüm də geyərdim. Amma əsas məsələ odur ki, gecənin əsas məramı Braziliya uşaqlarına xeyriyyə yardımı və gənc istedadların üzə çıxarılması kimi iki önəmli məqsədi bu təmtəraq və parıltılar arxasında unudulmamalıdır. Və ümid edirəm ki, insanlar bu xeyirxah səbəbləri dəstələmək üçün vəsaitlərini əsirgəməyəcəklər."

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik