BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 14 Yanvar, 2009 - Published 09:15 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Avrokomissiya Rusiya ilə Ukraynanı məhkəmə ilə hədələyir
 
Qaz qurğuları
Mübahisəyə səbəb qazın qiymətidir
Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso deyib ki, qaz təchizatı təcili olaraq bərpa edilməsə, Avropanın enerji şirkətlərinə müqaviləni pozduqlarına görə, Ukrayna ilə Rusiyanı məhkəməyə verməyi məsləhət görəcək.

O Avropa Parlamentinə bildirib ki, Moskva ilə Kiyevə açıq mesaj yollamaq istəyib.

Rusiyanın Avropaya qaz ixracını dayandırandan sonra ən pis vəziyyətlə üzləşən iki ölkə - Bolqarıstanla, Slovakiya - baş nazirlərini həm Moskvaya, həm də Kiyevə yollayıb.

Bunda məqsəd yaranmış mübahisəni çözməkdir.

Ondan çox ölkədə yüz minlərlə adam bir həftədir ki, qazsız qalıb.

Buna səbəb Rusiyanın Ukraynadan keçən qaz xəttini bağlaması olub.

Mübahisəyə səbəb isə qazın qiymətidir.

Dünən Avropa İttifaqının vasitəçiliyindən sonra qazın ötürülməsi müvəqqəti olaraq bərpa edilmişdi.

Amma bir neçə saatdan sonra danışıqlar uğursuz nəticələnmişdi və qazın axını yenidən dayandırılmışdı.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik