|
Qaz danışıqlarını bərpa etmək səyləri baş tutmadı
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avropa İttifaqının Avropaya rus qazının təchizatını bərpa etmək səyləri uğursuzluqla nəticələnib.
Ukraynanın qaz şirkətinin başçısı Oleg Dubina İnterfaks xəbərlər agentliyinə deyib ki, Rusiya tərəfi üçtərəfli danışıqları ləğv edib. Rusiyanın enerji nəhəngi Qazpromun icraçı direktoru Aleksey Miller ötən gecə Moskvada cənab Dubina ilə danışıqlar keçirib. Bu, Rusiyanın Ukraynaya qazı kəsməsindən bu yana ilk belə görüş idi. Tərəflər qazın qiyməti və ödənişi üstündə mübahisə aparırlar. Onlar bir-birini Avropada qazın kəsilməsində ittiham edirlər. Avropanın yeddi ölkəsi Rusiya qazından asılı vəziyyətdədir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||