|
Livan hökuməti hücumu pisləyib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Livan hökuməti ölkənin cənubundan İsrailin şimalına dörd raketin atılmasını pisləyib.
Bu hücum nəticəsində iki nəfər yaralanıb. Hökumət naziri deyib ki, Hizbulla hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bu, İsrailin Qəzzada 13 gün əvvəl başladığı əməliyyatlardan bu yana ilk belə hücumdur. İsrailin hökumət naziri raket hücumuna görə Livanda yerləşən fələstin qrupunu gühanlandırıb. Ötən gecə Qəzza Zolağındakı hədəflərin bombardman edilməsindən sonra İsrail hərbiyyəsi bu gün də atəşi üç saatlığa dayandıracağını bildirib. Bu fasilə Qəzzaya humanitar yardımın göndərilməsi üçündür. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||