|
DİN Leyla Yunusa qarşı məhkəmə iddiası qaldırıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanın daxili işlər naziri Ramil Usubov tanınmış yerli hüquq müdafiəçisi Leyla Yunusa qarşı məhkəmə iddiası qaldırıb.
Nazir hesab edir ki, hüquq müdafiəçisi öz çıxışlarında polis orqanlarına böhtan atıb. Daxili işlər nazirnin iddiasında bildirilir ki, Leyla Yunus özünün son müsahibələrinin birində polisə şər və böhtan atıb. Söhbət Leyla Yunusun polis orqanlarının son zamanlar baş vermiş cinayətlərin araşdırmasına verdiyi qiymətdən gedir. DİN-nin sözçüsü Ehsan Zahidov hüquq müdafiəçisinin fikirlərinin "qərəzli böhtan" xarakteri daşıdığında israr edir. İndi Ramil Usubov Leyla Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini, habelə mənəvi zərərin əvəzində hüquq müdafiəçisinin 100 min manat həcmində cərimə ödəməsini istəyir. Lakin Leyla Yunus nazirin iddiasını təəccüblə qarşılayıb. Hüquq müdafiəçisi deyir ki, o hər zaman polisi tənqid edib və bu günə kimi bu, hər hansı şikayətə səbəb olmayıb. Leyla Yunusun zənnincə, məhkəmə iddiası əslində "söz azadlığına qarşı yönəlib. Tərəflər arasında ilk məhkəmə iclası yanvar ayının 13-ə təyin olunub. Lakin bu, hüquq-mühafizə orqanları ilə hüquq müdafiəçiləri arasında son günlər baş verən yeganə çəlkişmə deyil. Belə ki, digər hüquq müdafiəçisi Elçin Behbudov paytxat sakini olan bir xanımın bir neçə kişi tərəfindən zorlanması iddiasını araşdırmaq çağırışı ilə DİN-nin rəhbərliyinə müraciət edib. Zərərçəkən isə iddia edir ki, onu zorlayanlar polislər olub. Amma DİN bunun mümkünlüyünü qətiyyətlə rədd edir. İddialarla bağlı hazırda araşdırmanın aparıldığı bildirilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||