BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
“Münaqişələr gələcək nəsillərə miras qalmamalıdır"
 
Əli Babacan
Türkiyənin xarici işlər naziri Əli Babacanın Azərbaycana səfəri zamanı əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ankaranın irəli sürdüyü Qafqazda Stabillik Paktı təşəbbüsü, eləcə də, enerji və nəqliyyat layihələri olub.

Əli Babacan bildirib ki, bölgədəki problemlərin həllində Azərbaycan və Türkiyənin əməkdaşlığı mühüm rol oynaya bilər.

Türkiyə xarici işlər naziri Əli Babacan Bakıya bir günlük səfərində prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Elmar Məmmədyarov təkbətək və geniş tərkibdə keçirilən görüşdən sonra bəyan etdi ki, türkiyəli həmkarı ilə regionda gedən prosesləri müzakirə ediblər.

Əli Babacan isə Azərbaycan və Türkiyənin yerləşdiyi regionda müxtəlif problemlərin mövcud olduğunu dedi. O bildirdi ki, bu problemlərin həlli üçün Türkiyə Qafqazda İstiqlal və İş birliyi Platforması təşəbbüsü ilə çıxış edib və bölgədəki dövlətləri iş birliyinə çağırıb.

“Türkiyə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üzrə yaradılan Minsk Qrupunun üzvüdür. Türkiyə bu problemin həlli üçün çox çalışır. Gürcüstan və Rusiya, eləcə də, Türkiyə və Ermənistan arasında problemlər var. Bütün bu problemlərin həlli üçün dialoq önəmli rol oynayar”.

Türkiyəli nazir son dövrlər Qafqazda diplomatik təmasların aktivləşdiyini dedi. Onun sözlərinə görə, əgər bölgədəki mövcud problemlər qalsa, sülhə nail olmaq mümkün olmayacaq. O, bu problemlərin gələcək nəsillərə qalmamasını arzu etdiklərini bildirdi.

Əli Babacanın fikrincə, problemlərin həllində Azərbaycan və Türkiyənin əməkdaşlığı mühüm rol oynaya bilər. Bundan başqa, o, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasının Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir edəcəyini düşündüyünü bildirdi

Bütün bunlarla yanaşı, Əli Babacan “ Türkiyənin Ermənistanla sərhədini Dağlıq Qarabağ münaqişəsinin həllinə qədər açacaqmı ?” sualını cavabsız buraxdı.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik