http://www.bbcazeri.com

30 Noyabr, 2008 - Published 12:11 GMT

Hindistan: Mümbay hadisələrinə görə istefalar başlayıb

O, 170 adamın həlak olduğu bu hadisələrə görə mənəvi məsüliyyət daşıdığını deyib.

Ölkənin Milli Təhlükəsizlik müşaviri M.K. Narayanan həmçinin istefa ərizəsini təqdim edib.

Daxili İşlər nazirinin müavini Şakil Əhməd BBC radiosuna müsahibədə deyib ki, hücum edənlərin, demək olar ki, hamısı pakistanlı idi və onlar Pakistandakı adada təlim alıblar.

Hindistanın baş naziri Manmohan Sinqx terrorizmə qarşı yeni tədbirləri müzakirə etmək üçün bütün partiyaların iştirakı ilə toplantıya çağırıb.

O deyib ki, Mumbay hadisələrinin qarşısını almaq üçün federal hakimiyyət və Maharaştra vilayətinin hakim dairələri arasında kifayət qədər koordinasiya olmamaışdır.