http://www.bbcazeri.com

30 Noyabr, 2008 - Published 12:35 GMT

İsveçrə: narkotik maddələrə dair referendum keçirilir

Referendumda, 14 il bundan əvvəl Sürixdə təqdim olunan sınaq layihənin rəsmi səhiyyə siyasəti olub-olmayacağına dair qərar verilməlidir.

Əhali həmçinin çətənədən istifadə edilməsinə icazə verilib-verilməməsinə səs verməlidirlər.

Bu təkliflərin əleyhdarları deyirlər ki, heroinin həkim tərəfindən yazılması gənclərə mənfi ismarıc göndərir, yəni, gəncləri bu narkotik maddələrə sövq edir və elə narkotiklərə aludə olanların özləri üçün zərərlidir.

Lakin hakimiyyət deyir ki, sınaq proqram tətbiq ediləndən bəri heroindən istifadə edənlər tərəfindən törədilən cinayətlərin sayı azalıb.