25 Noyabr, 2008 - Published 08:54 GMT
Vaxtilə ABŞ-da ən iri olan müsəlman xeyriyyə fondunun liderləri Fələstin Həməs qrupunu maliyyələşdirməkdə günahkar biliniblər.
Bunun Amerika tarixində terrorizmin maliyyələşdirilməsi ilə bağlı ən böyük məhkəmə işi olduğu deyilir.
Hazırda fəaliyyətini dayandırmış Holy Land Foundation for Relief and Development təşkilatı Həməsin nəzarətində olan xeyriyyə fondlarına 12 milyon dollardan çox vəsait ayırmaqda günahlandırılıb.
Həməs ABŞ-da terrorçu qruplar siyahısına daxil edilib.
Təşkilatın vəkili BBC-yə deyib ki, xeyriyyə fondu qanun çərçivəsində fəaliyyət göstərib və Fələstindəki məktəblərə, xəstəxanalara, sosial xeyriyyə proqramlarına lazım olan yardımı göstərib.